PDF Oxu

Əsas

  • 11

Bəşəri cinayət

Bəşəri cinayət

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Daşkəsən rayonunda da qeyd olunmuşdur. Bu münasibətlə Daşkəsən rayon icra hakimiyyəti aparatının iclas zalında keçirilən anım tədbiri rayon ictimaiyyəti nümayəndələrinin fəallığı şəraitində qeyd olunmuşdur. Mərasimdə iştirak edən tədbir iştirakçıları soyqırıma məruz qalan azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anım tədbirini Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev açmış, 2 əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən danışmışdır. O, giriş nitqində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Erməni tarixçisi V.İşxanyan "Qafqaz xalqları" kitabında qeyd etmişdir ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur.

Sonra Daşkəsən rayon icra hakimiyyəti başçısı aparatında İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri Malik Ələsgərov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, 1918-ci ilin 31 mart qırğını ermənilərin çoxdan hazırladıqları ssenarinin həyata keçirilməsi idi: " Bakı Sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da azərbaycanlıların millətçi qüvvələri idi. Mart ayının 9-da Azərbaycan diviziyası qərargahının Bakıya gəlməsi Stepan Şaumyanı və digər ermənipərəst qüvvələri bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin qanunsuz həbs edilmələri və şəxsi heyəti azərbaycanlılardan ibarət olan "Evelina" gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyəcanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Stepan Şaumyan Bakını Azərbaycanın paytaxtı etmək arzusunda olan müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşdü. Axı başdan-ayağa daşnak olan, ancaq bolşevik libasına bürünmüş Şaumyanın və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovmaq və beləliklə, sərsəm "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi".

Sonra qeyd olunmuşdur ki, artıq BMT-də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcəvüzkar dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik:"Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu, danışıqlar mövzusu deyildir... Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan, bütün başqa tərəflərdən də bu, belədir. Ona görə də danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır."

Sonra məruzə ətrafında Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Rəna Aslanova, 1948-ci ildə Ermənistandan deportasiya olunmuş əmək veteranı Allahyar Rüstəmov, rayon veteranlar şurasının sədri Elman Məmmədov çıxış etmiş, tarix boyu ermənilərin yaltaq, bic olması, qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini anım tədbiri iştirakçılarına çatdırmışlar.

Elman Məmmədovun Xaçatur Abovyanın ermənilər haqqında dediyi fikir mərasim iştirakçılarının ürəyindən xəbər vermişdir.Rayon ağsaqqalı qeyd etmişdir ki, Xaçatur Abovyan öz erməni xalqı haqqında belə demişdir : "Pis və çürük meyvə hər bir ağacda, pis ürək hər bir ermənidə vardır..."


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər