PDF Oxu

Əsas

  • 15

Ermənistanda siyasi çəkişmələr güclənir

Ermənistanda siyasi çəkişmələr güclənir

Çümşüd Nuriyev: "Xankəndində keçirilən hərbi paradın heç bir əhəmiyyəti yoxdur"

Şuşanın işğalı günü ermənilər Xankəndində hərbi parad keçirəcəklər. Ermənilər bu paradı Qarabağın "müdafiə ordusu"nun yaradılmasının 20 illiyinə və Şuşanın "azad" edilməsinə həsr olunacağını deyirlər. Bu günə qədər Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən 4-cü paradda müxtəlif növ silahlar və hərbi texnika nümayiş olunacaq.


Orduda klanlaşmasiyasəti


Paradda nə qədər hərbi qulluqçunun iştirak edəcəyi ilə bağlı heç bir açıqlama verilməyib. Hər nə qədər ermənilər bu paradın öncəki üç paraddan möhtəşəm keçəcəyini bəyan etsələr də, istər Ermənistan, istərsə də qondarma Dağlıq Qarabağ Respublikasının ordusundakı durum onların bu iddialarının boş olduğunu deməyə əsas verir. Hərçənd ki, Ermənistan hökuməti tərəfindən erməni mətbuatına ciddi senzura tətbiq olunsa da, ordudakı itkilər, yaralanma və ya xəsarətalma, özünəqəsd, fərarilik, rüşvət qarşılığında "aylığa buraxılma" halları, silahla davranış qaydalarının pozulması, kriminogen vəziyyətlə bağlı faktları xalqdan gizlətmək mümkün olmayıb. Ötən il aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bütövlükdə, erməni ordusunda (Qondarma "DQR" ordusu daxil olmaqla) 102 hərbi qulluqçu ölüb, 168 nəfəri isə yaralanıb. Ermənistan ordusunda il ərzində baş verən itkilərin bir çoxu Müdafiə Nazirliyi tərəfindən ört-basdır edildiyi üçün, bu tip hadisələrin ümumi sayının təxminən 70-75 faizi mətbuat vasitəsi ilə erməni ictimaiyyətinə bəlli olur, qalanı isə məqsədyönlü şəkildə gizlədilir.

Erməni ictimaiyyəti və ekspertləri, orduda neqativ halların ildən-ilə artmasının səbəbini - hakimiyyətdə olduğu kimi, orduda da klanlaşma siyasətinin mövcudluğunda, korrupsiyanın adi hala çevrilməsində, eləcə də, zabit-gizirlərin maddi və sosial durumlarının çox aşağı səviyyədə olmasında görürlər.


Hərbi parada ciddi reaksiya verməyə ehtiyac yoxdur


Ekspertlər separatçı rejimin Xankəndində keçirmək istədiyi hərbi paradın əsas səbəbini Ermənistanda keçirilməsi yaxınlaşan seçkilərlə əlaqələndirir. Serj Sarkisyan bu paradla seçkilərdə xal qazanmağa çalışır.

Siyasi ekspert Cümşüd Nuriyev də keçirilməsi nəzərdə tutulan paradı daha çox Sarksiyanın qarşıdakı seçkilərə hesablanmış bir addımı kimi dəyərləndirir: "Bilirsiniz ki, Ermənistanda ciddi siyasi qarşıdurma var. Burada həm parlament, həm prezident seçkiləri keçiriləcək. Sarksiyanın prezident seçilmək şansı çox aşağıdır. O, bir növ bundan istifadə etməklə öz şansını artıracağını düşünür. Çünki artıq Ermənistan yox, Qarabağ klanı üz-üzədir. Yəni Sarksiyanla Köçəryan qarşı-qarşıya gəlirlər. Burada isə ən önəmli məqam Ohanyanın kimi dəstəkləməsindən asılıdır. Ohanyan isə öz postunu qorumaq məqsədilə paradın keçirilməsinə böyük dəstək verir. Öz vəzifəsini qorumaq naminə publikaya hesablanmış bir məsələdir. Təbii ki, burada çalışacaqlar ki, Azərbaycanı qıcıqlandırsınlar. Buna elə də ciddi reaksiya verməyə ehtiyac yoxdur. Onların Xankəndində keçirəcəyi paradın heç bir əhəmiyyəti yoxdur".


Siyasi çəkişmələrErmənistanı iki yerə bölüb


Ermənistanda son vaxtlar getdikcə güclənən siyasi çəkişmələr cəmiyyəti iki yerə - "İrəvan" və "Qarabağ klanı"na bölüb. Hələ ki, üstünlük "Qarabağ klanı"nındır. "Qarabağ klanı" ilə bağlı olan oliqarx strukturlar mühüm sahə sayılan ixracı əllərində saxlayırlar. Onlar ölkə üçün həyati əhəmiyyət daşıyan yanacaq, ərzaq və qida sektoruna tam nəzarət edirlər.

"Qarabağ klanı"nın apardığı siyasət nəticəsində elə mühit yaranıb ki, biznesin bir sıra önəmli sahələrinə giriş, demək olar ki, yerli ermənilər üçün əlçatmaz olub.

Məsələ ondadır ki, siyasətbazların torunda olan xalq, əslində, nələr baş verdiyinin fərqindədir. Odur ki, ermənilərin "vahid və güclü xalq" olmaları haqqında yorulmadan dəm vurmaları bütün bu hadisələrin fonunda yox olub gedir.

CABİR

Digər xəbərlər