PDF Oxu

Əsas

  • 18

Avropa günü çərçivəsində Azərbaycan guşəsi təqdim olunub

Avropa günü çərçivəsində Azərbaycan guşəsi təqdim olunub

Ukraynanın Dnepropetrovsk şəhərində Avropa günü tədbirləri çərçivəsində Ukrayna və Polşanın müxtəlif şəhər və rayonlarından 4,5 min iştirakçı və qonaqların iştirak etdiyi "Petrikіvsky Divotsvіt" adlı beynəlxalq etnofestival keçirilib.

Festivalda şəhər meri İvan İvanoviç Kuliçenko və Dnepropetrovsk vilayət radasının sədri Yevgeni Qriqoriyeviç Udod, Polşanın Xarkov vilayətindəki Baş Konsulu Yan Qranat iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Taras Şevçenko adına Mərkəzi Mədəniyyət və İstirahət Parkında keçirilən festivalda ölkəmizi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Dnepropetrovsk vilayət təşkilatı təmsil edib.

Xatırladaq ki, Ukraynada "Avropa günü" 18 may 1992-ci ildə Ukrayna və Polşa arasında əməkdaşlığın dostluq və iki tərəfli formatda münasibətlərin qurulması haqqında imzalanmış müqaviləyə əsasən qeyd edilir.

Azərbaycan üçün ayrılmış guşədə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının üzvləri milli adət-ənənələrimizi, mədəniyyətimizi, milli mətbəximizi nümayiş etdirib. Azərbaycan xalqının milli adət-ənənələrini, mədəniyyətini və milli mətbəxinə heyran qalan digər azsaylı xalqların təmsilçiləri milli xörəklərimizdən, şirniyyatlarımızdan dadaraq, öz xoş təəssüratlarını bölüşüblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Dnepropetrovsk vilayət təşkilatı həmişə şəhərin milli-mədəni, ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Azərbaycanı Ukraynanın müxtəlif regionlarında da yüksək təmsil və təbliğ etmişdir", - deyən Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Yuriyeviç Vilkul Azərbaycan guşəsindən məmnun olduğunun diqqətə çatdırıb.


NƏZAKƏT

Digər xəbərlər