PDF Oxu

Əsas

  • 13

RİK QARSİADAN ƏLİ KƏRİMLİYƏ MİNNƏTDARLIQ

RİK QARSİADAN ƏLİ KƏRİMLİYƏ MİNNƏTDARLIQ

AXCP sədri Əli Kərimlinin cinsi azlıqlara mənsub olması barədə üzə çıxan əsaslı iddialar zaman-zaman onun özü tərəfindən "inkar" olunsa da, onun bu "inkarlarının" heç bir əsaslara söykənmədiyi dəfələrlə müəyyən edilib. Buna misal kimi 2003-cü ilin post-seçki dövrlərində bir qrup seksual azlıq nümayəndələrinin onu ittiham edən Müasir Müsavat partiyasının sədri Hafiz Hcıyevin qərargahı önündə etiraz şüarları səsləndirməsini, İstanbula etdiyi səfəri zamanı "geylərin" onu gül-çiçəklərlə, alqışlarla qarşılamasını, "cəbhə" sədrinin Avropa cinsi azlıqları içində xüsusi nüfuza malik olmasını göstərmək mümkündür.


AXCP SƏDRİ CƏNAB ƏLİ KƏRİMLİYƏ, BAKI, AZƏRBAYCAN...


Və nəhayət, daha bir əsaslı fakt öz təsdiqini tapıb. Belə ki, "Eurovision" musiqi müsabiqəsindən öncə, ABŞ-ın Çikaqo şəhərində yaşayan və hazırda Gey və Lesbiyanların Problemləri üzrə Milli İşçi Qrupunun təsisçisi və rəhbəri olan Rik Qarsiadan AXCP sədri Ə.Kərimliyə sevgi dolu və dərin hörmət məzmunlu məktubu göndərilib. Müraciət xarakterli məktubda deyilir: " Rik Qarsia, 2012-ci il 24 aprel, AXCP sədri Cənab Əli Kərimliyə, Bakı, Azərbaycan, ABŞ, Brodvey şəhəri, Çikaqo.

Hörmətli cənab Kərimli, bu il Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə fəxrlə ev sahibliyi edir. Bu müsabiqə beynəlxalq səviyyədə geylər və lesbiyanlar üçün yığıncaqdır. Bununla siz göstərdiniz ki, dünya şöhrətli müsabiqədə geylərə və lesbiyanlara nə qədər önəm verirsiniz. Sizi nailiyyətlərinizə və liderlik xüsusiyyətlərinizə görə təbrik edirəm. Nədəsə köməyim dəyə bilərsə, xəbər etməyinizdən sevinərəm."

Qeyd etmək istərdik ki, sözügedən müraciət xarakterli məktub Rik Qarsianın "gey"lərə məxsusən yaratdığı "glhalloffam" saytına da yerləşdirilirb.


MƏKTUBUN GÖNDƏRİLMƏSİNİN DAHA BİR MƏQSƏDİ BƏLLİ OLDU


Onu da qeyd edək ki, Rik Qarsia uzun illərdir ABŞ-da seksual azlıqların hüquqlarının müdafiəsi və onlara qarşı diskriminasiyanın aradan qaldırılması sahəsində aktiv fəaliyyət göstərir. O, 1986-cı ildə Çikaqoya köçərək fəaliyyətini daha da genişləndirir. R.Qarsiya ABŞ Respublikaçılar və Demokratlar partiyalarında əlaqələr qurur, dövlət orqanları ilə intensiv danışıqlar aparır. 1980-ci illərin sonlarında Rik Qarsia "Dördlər Briqadası"na qoşularaq Çikaqo şəhəri rəhbərliyinin seksual azlıqlarının hüquqlarının müdafiəsi haqqında qərar qəbul etməsi istiqamətində mübarizə aparır və 1988-ci ildə belə qərarın qəbul olunmasına nail olur. Daha sonra Qarsia fəaliyyətini ştat miqyasında genişləndirir və nəticədə Kuk dairəsinin rəhbərliyi də analoji qərar qəbul edir. Sonrakı dövrdə Qarsia İllinoys ştatında fəaliyyətini genişləndirir, mətbuata çoxsaylı açıqlamalar verir və ştat rəhbərliyi ilə danışıqlar aparır. O, Geylər və Lesbiyanların Problemləri üzrə İşçi Qrupla birlikdə Lesbiyanlar, Geylər, Eynicinsli və Transseksual Siyasi Təşkilatları Federasiyasını yaratmağa müvəffəq olur. Onun tərcümeyi-halında bildirilir ki, Qarsia seksual azlıqların təşkilatları ilə Roma Katolik Kilsəsi arasında əlaqə yaratmağa və kilsənin bu məsələdə mövqeyinin yumşalmasına ciddi cəhdlə çalışır.

Sözügedən məktubun məqsədi və məramı isə ondan ibarət olub ki, "Eurovision" musiqi yarışmasından öncə Bakıda "gey-parad" keçirilsin və AXCP (i) sədri Bakıda həmin tədbirdə əsas fiqur kimi çıxış etsin. Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə kəskin ziddiyyət təşkil edən bu kimi utancverici tədbirin keçirilməsi sözsüz ki, dəyərlərimizə qarşı zərbə kimi qiymətləndirildi. Bu baxımdan da dəfələrlə bəyan edildi ki, Azərbaycanda "Eurovision" zamanı "gey-parad"ın keçirilməsi, ümumiyyətlə, qeyri-mümkündür.

Lakin maraqlı cəhət ondan ibarət idi ki, hakimiyyətə qarşı süni ajiotaj yaratmağa cəhd göstərən "cəbhə" sədri Ə.Kərimli guya ölkədə həmin "paradın" keçiriləcəyini iddia edirdi. Bu kimi siyasi manipulyasiyalarla, spekulyativ addımlarla seksual azlıq nümayəndəsi olduğunu ört-basdır etmək istəyən AXCP sədri həqiqətdə sözügedən tədbirin baş tutmasını, həmin tədbirə arzulayırdı. Ona görə də həm Avropa, həm də ABŞ "geyləri" "Eurovision"dan öncə Ə.Kərimlinin "gey-parad" təşkil edəcəyinə inanırdılar.


İRAN MOLLALARI NƏ DEDİKLƏRİNİ BİLİRMİŞLƏR


Eyni zamanda, burada daha bir təsdiq bütün əsasları ilə ortaya çıxmış oldu. Məslə ondadır ki, İranın din xadimləri "Eurovision"dan öncə Azərbaycanda "gey-parad"ın keçiriləcəyini iddia edirdilər. Görünür həmin mollalar nə dediklərini bilirmişlər. Çünki həmin ölkənin mətbuatı, informasiya saytları, eləcə də digər media qurumları həm İrandan, həm də Qərb dövlətlərindən seksual azlıqların Bakıya axışdığını yazırdılar. Onların "gey-parad"ın Ə.Kərimli tərəfindən keçiriləcəyinə olan inamları, eyni zamanda Ə.Kərimlinin beynəlxalq "gey" fanklublarında nüfuza sahib olması onların inamlarını artırırdı. Çünki bu məsələnin təşkilatçısı və əlaqələndiricisinin məhz AXCP sədri Ə.Kərimlinin olması öncədən də onlara bəlli idi.

Lakin "cəbhə" sədrinin dünən keçirilmiş konfransda İranın siyasətinə dəstək verməsi fonunda analiz etmək mümkündür ki, Ə.Kərimlinin sözügedən məsələdə qabartmaq istəmədiyi şəxsi maraqları mövcuddur. Belə ki, ekspertlərin fikrincə, dünənki konfransda Ə.Kərimlinin İranı dəstəkləməsi İran ruhanilərinin "gey-parad" məsələsində mövqeyinin yumşalmasına hesablanmış addımdır. Bu baxımdan, Ə.Kərimli bildirib: "İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil".

Sonda isə bir daha belə bir nəticəyə gəlmək mümklündür ki, Rik Qarsianın AXCP sədrinə göndərdiyi, eləcə də surətini oxucularımıza təqdim etdiyimiz sözügedən məktub Ə.Kərimlinin "siyasətini" tam çılpaqlığı ilə ortaya qoyur. Bu "siyasətin" arxasında daha hansı məqsədlərin dayanmasını isə normal baxışla belə görmək mümkündür.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər