Yevlax rayon icra hakimiyyəti və YAP Yevlax rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Mərkəzdə Ulu Öndərin büstü qarşısına gül dəstələri qoyub və mərkəzlə tanış olublar. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra tədbiri giriş sözü ilə Yevlax rayon icra hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov açaraq, bildirib ki, həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayır, Azərbaycan üçün 1993-cü ilin iyunun 15-i məhz belə tarixlərdəndir: "Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il 15 iyun tarixində ikinci dəfə siyasi ali hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf və tərəqqi yoluna çıxdı. İlk növbədə, ölkədə sabitliyin yaradılmasının zəruriliyini bildirən Ulu Öndər, bunu bütün inkişafın əsası kimi qeyd etdi. Ölkə iqtisadiyyatı çox qısa zamanda tənəzzüldən tərəqqi yoluna çıxdı. Bütün sahələrdə inkişafın əsası qoyuldu".YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırıb. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi olan Müstəqil Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində nəinki Avropa, dünya ölkələri arasında belə özünəməxsus mövqedə dayanır: "Bu il ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etməsi cənab Prezidentimizin siyasi qüdrətinin bariz nümunəsidir".Ə.Quliyev onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidməti müasir Azərbaycandır: "Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, dünyada tanıtdı, yeri və mövqeyini daha da möhkəmləndirdi. Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xalqa bu sevinci bəxş etdi". Tədbirdə Prezident təqaüdçüsü Şamama Əliyeva, Yevlax şəhər təhsil şöbəsinin müdiri Raquf Mirzəyev, əməkdar müəllim Şahin Kərimov və başqaları çıxışlarında vurğulayıblar ki, 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bildirilib ki, məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə Milli Qurtuluş kimi daxil oldu.
Aytən Səmədova