PDF Oxu

Əsas

  • 60

Əli Həsənov: “Hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir”

Əli Həsənov: “Hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir”

"Hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir. Jurnalistlərin həbs olunmasını, qəzetlərin bağlanmasını, cəriməyə məruz qalmasını heç vaxt istəməmişik. Amma gərək baş redaktorlar, jurnalistlər, bütövlükdə mətbuat da bunu istəsin və heç bir fakta əsaslanmayan, yalan, böhtan xarakterli yazılara, belə halların təkrarlanmasına imkan verməsinlər". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına açıqlamasında deyib.

Əli Həsənov bildirib ki, istər məmur, istər iş adamı, istərsə də digər vətəndaşlar öz şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq hüququna malikdir: "Bu, konstitusiya ilə təsbit olunmuş hüquqdur və onu vətəndaşın əlindən heç kim ala bilməz. Cənab Prezident İlham Əliyev 2005-ci ildə demişdi ki, mətbuatla mübahisələr, jurnalistlərə qarşı məhkəmə prosesləri və digər məsələlər qəzetlərin bağlanmasına və jurnalistlərin həbsinə səbəb olmamalıdır. 2005-ci ildən faktiki olaraq yazısına görə jurnalistlərin həbsinə və qəzetlərin bağlanmasına moratorium qoyulub. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmamasına baxmayaraq belə bir moratorium var, indi də qüvvədədir. Amma bu moratorium adi vətəndaşların, məmurların, mətbuatda hüquqları pozulmuş insanların məhkəməyə müraciət etməsinə, qəzetləri, onun redaktorunu, yazarlarını inzibati qaydada cərimələtməsinə və digər inzibati cəzalara cəlb etdirməsinə heç bir maneə törətmir".

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Azərbaycan qəzetləri müasir dövrdə insan hüquqlarının ali prinsip olduğunu qəbul etməli, bu çərçivədə işləməyi öyrənməlidir, vətəndaşların, məmurların hüquqlarını, işğüzar nüfuzunu, şərəf və ləyaqətini gözləməyi bacarmalıdır.

Digər xəbərlər