PDF Oxu

Əsas

  • 61

YAP Yevlax rayon təşkilatı gənclər arasında stolüstü oyunlar üzrə yarışın final mərhələsini keçirib

YAP Yevlax rayon təşkilatı gənclər arasında stolüstü oyunlar üzrə yarışın final mərhələsini keçirib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının yaranmasının 19-cu ildönümü ilə əlaqədar YAP Yevlax rayon təşkilatı gənclər arasında stolüstü oyunlar üzrə yarışın final mərhələsi keçirildi.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq, YAP-ın yaranma tarixi haqqında geniş məlumat verdi. Natiq vurğuladı ki, YAP-ın yarandığı qısa müddətdən sonra 1993-ci ilin iyul ayının 17-də YAP Yevlax rayon təşkilatı yaradıldı. Yarandığı zaman 493 nəfər partiya üzvünü özündə birləşdirən YAP Yevlax rayon təşkilatı bu gün 7394 nəfərdən ibarət böyük bir insan kütləsini ətrafında birləşdirib. Rayonun ictimai-siyasi həyatında çox fəal iştirak edən YAP Yevlax rayon təşkilatı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin geniş təbliğində fəallıq sərgiləyir. Ə.Quliyev keçirilən seçkilərdə YAP Yevlax rayon təşkilatı partiyanın irəli sürdüyü namizədlərin təbliğində, onların seçkilərdə seçicilərlə görüşlərinin təşkil olunmasında proqram xarakterli geniş işlər görüldüyünü diqqətə çatdırdı. Belə km, öz işi, əməli ilə xalqın partiyası olan YAP Yevlax rayon təşkilatı həmişə bütün partiya üzvlərinin, eyni zamanda, gənclərin yanında olmuş, onlara mənəvi dayaq durmuşdur.

Partiya sıralarında təmsil olunan 7394 nəfər partiya üzvünün 2214 nəfərini gənclər təşkil edir. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması, onların intellekt səviyyəsinin yüksəlməsi istiqamətində təşkilat tərəfindən müntəzəm olaraq silsilə tədbirlər həyata keçirilir.

Bu gün də gənclər arasında keçirilən stolüstü oyunlardan ibarət yarış rayon təşkilatının yaranmasının 19 illiyinə həsr olunub. Məqsəd gəncləri partiya ətrafında daha sıx birləşdirmək, onların intellekt səviyyələrinin formalaşmasına xidmət etməkdir.

Tədbirdə çıxış edən natiqlər Yevlax şəhər icra hakimiyyətinin əməkdaşı Vaqif Əliyev və Yevlax şəhər təhsil şöbəsinin müdiri Raquf Mirzəyev, ilk növbədə, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Onlar cənab Prezidentimizin gənclərə göstərdiyi qayğının bariz nümunəsi kimi təşkilatın gördüyü işləri yüksək qiymətləndirərək, bu sahədə hər bir YAP üzvünə uğurlar arzuladılar.

Yekunda stolüstü oyunlar üzrə qalib gələn gənclər YAP Yevlax rayon təşkilatının qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olundular.


NƏZAKƏT

Digər xəbərlər