PDF Oxu

Əsas

  • 47

Yeni Azərbaycan Partiyası ölkənin ən güclü partiyasıdır

Yeni Azərbaycan Partiyası ölkənin ən güclü partiyasıdır

Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan YAP-ın Ağstafa rayon təşkilatının yaranmasının 19-cu ildönümü ilə əlaqədar geniş tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoydular. Sonra YAP Ağstafa rayon təşkilatının qərargahında keçirilən tədbiri rayon təşkilatının sədri Ramiz Tatarov açaraq, partiyanın respublikanın çox gərgin bir dövrdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradıldığını və tarixi bir partiya olduğunu bildirib. Partiyanın keçdiyi yoldan danışan R.Tatarov onu da vurğulayıb ki, müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvələrində Azərbaycan çoxsaylı problemlərlə üzləşmişdir. Bu da o vaxtkı rəhbərliyin yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsi idi: "Azərbaycanı belə dəhşətli vəziyyətdən Heydər Əliyev dühası xilas etdi. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalq əmin oldu ki, Azərbaycanı nicat yoluna çıxaracaq, möhtəşəm siyasi qüvvə artıq mövcuddur. Bu siyasi qüvvəyə görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərlik edirdi".

1992-ci il noyabr ayının 21-i tarixinin Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza bəxş etdiyi gün olduğunu deyən R.Tatarov Yeni Azərbaycan Partiyasının Naxçıvanda çox ağır şəraitdə yaradıldığını qeyd etdi. Belə bir ağır vəziyyətdə 1992-ci ilin oktyabrında 91 nəfər ziyalı "Səs" qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət etdi. Bu müraciətə cavab olaraq Ümummilli Liderimiz "Səs" qəzetində "91-lər"ə cavab verdi. Beləliklə, Yeni Azərbaycan Partiyası böyük əzab-əziyyətlər nəticəsində, müxtəlif təzyiqlərə məruz qalmasına baxmayaraq yaradıldı.

YAP Ağstafa rayon təşkilatının ilk təsis konfransını 1993-cü il iyulun 23-də keçirildiyini qeyd edən R.Tatarov bu gün partiyanın sırasının getdikcə sıxlaşdığını və 4700 nəfərdən çox üzvünün olduğunu vurğulayıb: "Təsis konfransından keçən müddət ərzində, rayon təşkilatının üzvlərinin sayı getdikcə artdı. Bu gün 4700 nəfərdən çox partiya üzvündən 1740 nəfərdən çox qadınlar, 1544 nəfərdən çoxu isə gənclərdir".

YAP Ağstafa rayon təşkilatının sədri onu da bildirib ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük sınaqlardan uğurla çıxıb, cəmiyyətin, dövlətin aparıcı siyasi qüvvəsinə çevrilib. Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Partiyamızın sıraları gündən-günə daha da genişlənir, YAP üzvlərinin sayının durmadan sürətlə artmasını və 560 mindən çox üzvünün olmasını Azərbaycanın siyasi Lideri, Prezident İlham Əliyevin sosial-siyasi tərəqqi və davamlı islahatlar kursuna göstərilən böyük etimadın göstəricisi olduğundan irəli gəldiyini söyləyib: "Başqa sözlə, məhz Heydər Əliyevin partiyası kimi yaranan, formalaşan, iqtidara gələn Yeni Azərbaycan Partiyası siyasi varislik prinsipinə uyğun olaraq, bu gün məhz Prezident İlham Əliyevin partiyası kimi böyük nüfuz, rəğbət qazanır, öz fəaliyyətini, nailiyyətlərini daha da genişləndirir. Bir faktı da qeyd etmək lazımdır ki, bu gün bəzi qüvvələr YAP-ın fəaliyyətinin getdikcə gücləndiyindən narahatçılıq hissi keçirsələr də, bu gün xalq dağıdıcı müxalifət partiyalarının fəaliyyətinin tamamilə dayandırılması tələbi ilə çıxış edir. Hakim partiya olan Yeni Azərbaycan Partiyası güclü iqtisadi göstəricilər nümayiş etdirməklə yanaşı, həm də güclü siyasi partiyadır. Çünki bu partiyanın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev və bu siyasətin davamçısı olan ölkə Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədridir. Ulu Öndərimiz Heydər Əliyevin bu fikri vətənini, xalqını, millətini sevənlərin qəlbində əbədi olaraq qalır. Heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı, o cümlədən, Ağstafa rayon ictimaiyyəti Yeni Azərbaycan Partiyasına, onun siyasi qüvvəsinə, partiyanın yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına inanır və Onun ətrafında sıx birləşəcəklərini nümayiş etdirir."

Tədbirdə YAP Ağstafa rayon təşkilatının şura üzvləri İlham İbrahimov, Fatma Vəliyeva, Şəhanə Osmanova, Fərhad Vəliyev, Səlim Novruzov, rayon ilk ərazi təşkilat sədrləri Nəriman Mehdiyev, Dilşad Tağıyeva və başqaları partiya üzvlərini təşkilatın 19 illik yubileyi ilə əlaqədar təbrik etdi və Yeni Azərbaycan Partiyasının sınaqlardan çıxmış, böyük və şərəfli yol keçdiyin, indi isə Azərbaycan cəmiyyətində özünəməxsus yol tutmuş bir partiya olduğunu söyləyiblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının üzvü olduqları üçün fəxr etdiklərini bildiriblər.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər