PDF Oxu

Əsas

  • 83

Heydər Əliyev Fondu tərəfindən yeni dərs ili ərəfəsində məktəb binalarının inşası davam etdirilir

Heydər Əliyev Fondu tərəfindən yeni dərs ili ərəfəsində məktəb binalarının inşası davam etdirilir

Azərbaycanın artan iqtisadiyyatı sosial və mədəni sahələrdə böyük dəyişikliklərin meydana gəlməsinə səbəb olur. Belə ki, bütün sahələrdə baş verən sıçrayışlar təhsil sahəsindən də yan ötmür. Təhsil sahəsində qazanılan uğurlarda Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr də önəmlidir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı əsasında uşaq evləri və internat məktəblərində əsaslı təmir və yenidənqurma işləri görülür, yeni tədris ocaqları istifadəyə verilir.

Proqramın əsas məqsədi ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Müasir dövrün gəncləri qarşısında duran tələbləri yerinə yetirmək üçün münasib şəraitin mövcudluğu əsasdır. Azərbaycanın məktəblərinin maddi-texniki bazasının yüksəldilməsi, müasir tələblər çərçivəsində qurulması üçün görülən işlər Azərbaycan məktəblərində böyük dəyişiklik yaradıb. Müstəqillik dövrünün ilk onilliyində mövcud olan məktəblər artıq bu gün yenilənib, onun maddi-texniki bazası artıb. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə ayrılan diqqətin nəticəsidir ki, böyük uğurlar bir-birini əvəzləyir. Yüzlərlə məktəbin təmir və bərpa edilməsi, yeni məktəb binalarının inşası fondun həyata keçirdiyi genişmiqyaslı layihələri sırasındadır.

Bu ilin yeni tədris ilində Yevlaxda istifadəyə veriləcək üç məktəb binası təhsil müəssisələrinin maddi-texniki tədris bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir olunması baxımından diqqət mərkəzindədir. İlin sonunadək daha beş məktəbin tikintisinə başlanacaq. Qeyd edək ki, son səkkiz ildə rayonda 13 yeni məktəb binası, o cümlədən, "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında Heydər Əliyev Fondunun xətti ilə iki Dövlət Proqramı çərçivəsində yeddi məktəb istifadəyə verilib. 640 şagird yerlik əlavə 32 sinif otağı tikilib, 10 məktəb əsaslı təmir edilib. Bütün bunlar təhsilə olan dəstək və diqqətin nümunəsidir.

Heydər Əliyev Fondu tərəfindən yeni dərs ili ərəfəsində yeni məktəb binalarının inşası davam etdirilir. Belə ki, Ağdaş rayonunda Qəribli, Abad və Şordəhnə kəndlərində 180 şagird yerlik, Ovculu kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının inşası başa çatdırılıb. Bundan əlavə, Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli orta məktəbin və 11 nömrəli uşaq bağçasının əsaslı təmirində son tamamlanma işləri aparılır. Bu yaxınlarda rayonun Qaradağlı, Cardam, Kotanarx və Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binalarının və 1 nömrəli şəhər uşaq bağçası üçün 55 yerlik yeni binanın inşasına başlanılıb. Bütün bu təhsil ocaqlarının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Təhsilə dəstək" layihəsi çərçivəsində Bakının Xəzər rayonunun Şüvəlan, Türkan, Səbail rayonunun Badamdar, Abşeron rayonunun Saray qəsəbələrindəki məktəblər əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Abşeron rayonunun Masazır qəsəbəsində "Şən yuva" uşaq bağçası açılıb. Kəlbəcər məktəbləri üçün Masazırda və Qalada yeni binalar tikilib istifadəyə verilib. Qəbələdə 22 yeni məktəb binası tikilib, 7-si əsaslı təmir olunub. Bütün bunlar fondun həyata keçirdiyi layihələrin çox kiçik bir hissəsidir. Bu günə qədər görülən işlər və reallaşacaq layihələr Azərbaycan təhsilinin inkişafına təkandır.

Heydər Əliyev Fondunun məqsədləri və vəzifələri, onun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələr genişmiqyaslı aksiyalar, humanitar yönümlü layihələri uğurla həyata keçirilir.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər