YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin iclası keçirilmişdir
Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının qərargahında YAP Gədəbəy rayon gənclər birliyinin iclası keçirilmişdir. İclası giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Ümummilli Liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutmuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin cənablarının gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə ediyini deyən R.Muradov dövlət başçısının ölkədə gənclər siyasətini uğurla davam etdirərək, müvafiq Sərəncamı ilə 2007-ci ili gənclər ili elan etməsini Azərbaycan gəncinə göstərdiyi qayğı kimi dəyərləndirib: "Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı açıq şəkildə göz önündədir. Bir müddət öncə ölkə başçısı İlham Əliyevin Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi barədə Sərəncamı gənclərin problemlərinin həllinə yönəldilmiş bir addım olmaqla, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan gənci dərk edir ki, dövlət başçısı ona diqqət göstərir. Azərbaycan gənci də bu etimadı doğrultmalıdır. Bu gün Azərbaycanda sağlam gənclik var. Gənclərin sosial problemləri də ölkə başçısının diqqətindədir".
Daha sonra çıxış edənlər -YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin sədri Alim Verdiyev, gənc fəal Elsarə Məmmədova qeyd etdilər ki, 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması partiyanın tarixinə əlamətdar hadisə kimi daxil olub. Bununla Azərbaycan gənclərinin məşğuliyyət və problemləri partiyanın birbaşa diqqət mərkəzinə çevrilib.
RƏFİQƏ KAMALQIZI