Əsəd rejimindən qaçan ermənilər Sarkisyan rejimini devirəcək
Suriyada baş verən hadisələrin bilavasitə Ermənistana da təsir göstərəcəyi haqqında verilən proqnozlar özünü təsdiq etməkdədir. Belə ki, Suriyada kifayət qədər erməni icmasının yaşamasına baxmayaraq, ölkədə şiddətlənən vətəndaş müharibəsi onların bu ölkədəki təhlükəsizliklərini təmin etmir. Məhz ona görə də, Əsəd rejiminin əlindən xilas olmağa çalışan Suriya erməniləri Ermənistana köç etmək qərarına gəliblər.
Eyni zamanda, Suriyadan köçən ermənilərin Qarabağda yerləşdirilməsi ilə bağlı bir çox mətbuatlarda dəfələrlə məlumat verilib. Çünki sürətlə boşalan, demək olar ki, vətəndaş qıtlığı yaşayan Ermənistan hakimiyyəti də Suriyadan köçən ermənilərin Qarabağda yerləşdiriliməsində maraqlıdır və hazırkı Sarkisyan iqtidarı bu vasitə ilə ölənin sönmüş həyatını canlandıracağını düşünür. Lakin bunun Ermənista üçün nə qədər səmərə verib-verməyəcəyini bir başqa təhlillə analiz etmək mümkündür.
Suriya erməniləri Qarabağda yerləşəndən müəyyən müddət sonra Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradacaqlar
İlk öncə, siyasi ekspert rəylərinə müraciət etsək, belə bir qənaətə gəlmək mümkündür ki, Serj Sarkisyan əslində Suriyadakı ermənilərin qayğılarına qalmaqdan ötrü bu kimi addımı reallaşdırmaq fikrində deyil. Çünki onu hazırda növbəti seçkilər maraqlandırır. Daha dəqiq desək, əgər həmin plan reallaşarsa, seçkilərə qədər Suriya erməniləri qarşısında müəyyən öhdəçiliklər götürülə bilər ki, bu da Sarkisyana müəyyən dividendlər gətirər.
Ancaq məsələyə başqa tərəfdən yanaşsaq, bunun heç də belə olmayacağını görərik. Məsələ ondadır ki, Suriya erməniləri Qarabağda yerləşəndən müəyyən müddət sonra Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradacaqlar. Bəs nədir həmin problemlər? Məlumdur ki, hazırda Ermənistanda Qarabağ klanını təmsil edən ermənilər hakimiyyətdədir. Onlar ölkənin müxtəlif gəlirli sahələrini inhisar formasında əllərində saxlayıblar. Yəni sözügedən gəlir sahələri Ermənistanın milli maraqları üçün deyil, şəxsi ambisiylar, mənfəətlər baxımından istifadə edilir. Məhz bu səbəbdən, Qarabağ klanı yerli ermənilərlə düşmən münasibətindədirlər. Nəzərə alsaq ki, bir-birinə yaxın ərazilərdə yaşayan Ermənistan erməniləri ilə Qarabağ erməniləri yola getmirlər, bir-birlərinə qarşı düşmən mövqeyində dayanıblar bu zaman belə arqument qoymaq mümkündür ki, minlərlə km. ötə yanda yaşayan, yaşam tərzələri kifayət qədər fərəhlənən Suriya erməniləri ilə, ümumiyyətlə, dil tapmaq qeyri-mümkün olacaq. Lakin söz yox ki, Sarkisyan rejimi hakimiyyətdə qalmaları üçün Ermənistanın digər maraqları ilə yanaşı, milli maraqlarını da satmağa hazırdırlar və dəfələrlə belə addımlar atıblar ki, bunlardan biri də Ermənistanın Rusiyanın forpostuna çevrilməsidir.
Suriya erməniləri Qarabağda yerləşəndən və möhkəmlənəndən sonra indiki erməni hakimiyyəti artıq əvvəlki kimi əl-qol aça bilməyəcək
Bu kimi cərəyan edən məsələləri əhatə edən nüanslardan biri də xaricdə yaşayan erməni diasporasıdır. Məhz bu amillər də erməni diasporunun ciddi narazılığına səbəb olub. Erməni diasporu Ermənistan hakimiyyətini öz mənafeləri naminə milli maraqları satdığı üçün dəfələrlə qınayıb. Hətta bir ara erməni diasporu Sarkisyan hakimiyyətinə göndərdiyi maddi yardımı da dayandırmışdı. Ancaq bütün bunlara rəğmən, Sarkisyan rejimi iqtidarda qalmaq üçün Qarabağ kartından məharətlə və xeyirinə istifadə etməkdə israrlı olduğunu nümayiş etdirir. Eksperilərin fikrincə, Suriya erməniləri Qarabağda yerləşəndən və möhkəmlənəndən sonra indiki erməni hakimiyyəti artıq əvvəlki kimi əl-qol aça bilməyəcək və Qarabağ kartından sui-istifadəsi məhdudlaşacaq. Hətta bildirilir ki, yuxarıda sadaladığımız və digər faktorlar səbəbi ilə onların indiki dayaqları sarsılacaq və hakimiyyətdən getmələri sürətlənəcək.
Suriya erməniləri həm geri dönmək üçün, həm də Sarkisyan rejimini devirmək üçün hazırkı iqtidarla istənilən tarana gedə bilərlər
Digər tərəfdən, Suriya ermənilərinin Əsəd rejimi devrildikdən sonra Qarabağda kök salacaqları da inandırıcı görünmür. İlk növbədə, onlar uzun illərdir ki, Suriyada formalaşdırdıqları həyat tərzini Qarabağda sıfırdan başlada bilməyəcəklər. Həmçinin, Suriya müharibəsindən qaçan ermənilərin işğalçı və separatçı rejim tərəfində döyüşəcəyi də real görünmür. Nəticədə, Ermənistandakı hakimiyyətini əldə saxlamağa çalışan Sarkisyan rejiminə qarşı daha bir müxalifət erməni icması çıxacaq. Suriya erməniləri həm geri dönmək üçün, həm də Sarkisyan rejimini devirmək üçün hazırkı iqtidarla istənilən tarana gedə bilərlər. Məhz bu kimi kontekstlərdən yanaşsaq, qənaətə gəlmək mümkündür ki, əgər Sarkisyan sözügedən planını reallaşdırmağa müvəffəq olsa, bu zaman, öz iqtidarını da məhvə doğru sürükləyəcək. Ən azından, Əsəd rejimindən qaçan ermənilər Sarkisyan rejimini devirəcəklər.
R.RƏSULOV