PDF Oxu

Əsas

  • 55

İran Azərbaycanın təbii fəlakət zonasına göndərdiyi yardımlarını Qarabağ separatçılara göndərir?

İran Azərbaycanın təbii fəlakət zonasına göndərdiyi yardımlarını Qarabağ separatçılara göndərir?

Son günlər İranın Şərqi Azərbaycan vilayətindəki ostanlıqlarda baş verən zəlzələ nəticəsində soydaşlarımıza qarşı atdığı qərəzli addımlar həm ölkəmizin, həm də beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Belə ki, İranın molla rejiminin bu kimi qeyri-humanizmə əsaslanan davranışları qəti çəkildə pislənilir və qınanılır.

Ancaq bu günlərdə üzə çıxmış daha bir fakt İran dövlətinin, həqiqətən də, islama və müsəlman adına layiq hərəkət etməməsini təsdiq edib. Qeyri-rəsmi mənbələrin verdikləri xəbərlərə görə, molla rejimi, Azərbaycan da başda olmaqla, zəlzələ bölgəsinə göndərilmiş yardımları öz maşın karvanları vasitəsilə işğal altında qalan Qarabağ torpaqlarına, erməni separatçılarına göndərir. İran hökuməti Xankəndinə, Dağlıq Qarabağdakı erməni separatçılarına yardım karvanlarını zəlzələ baş verdiyi gündən etibarən intensivləşdirib. Bu barədə ölkə mətbuatında xəbərlər və fotolar yayılıb. İrandan Xankəndinə, həmçinin, yanacaq, dərman preparatları və müxtəlif ərzaqlarla dolu olan yük maşınları keçib.

İran Azərbaycan hakimiyyətinə qarşı hər hansı qəsdli addım atırsa, bu, ümumiyyətlə, heç bir məntiqə sığmayan məsələdir

Ancaq daha bir amil mövcuddur ki, İran dövləti hər zaman həm işğalçı Ermənistana, həm də separatçı Qarabağ rejiminə daim yardımlar göstərib. Və bütüb bunlardan dolayı İran hakimiyyəti dünya ictimaiyyətinə izah etməlidir ki, nə üçün işğalçılara, terrorçulara, eləcə də, müsəlman qanına susamış dövlətə bu yardımları göstərirlər. Çünki İranın həm dini, həm də siyasi hakimiyyəti bilməlidir ki, ölkənin ərazisində fəlakət baş verib. İran bu yardımları zəlzələdən zərər çəkənlərə göndərməlidir. Və əgər İran Azərbaycan hakimiyyətinə qarşı hər hansı qəsdli addım atırsa, bu, ümumiyyətlə, heç bir mənqiə sığmayan məsələdir.

Başqa tərəfdən, bu kimi məsələlərə təəccüblənmək də lazım deyil.

Çünki İran prezidenti Mahmud Əhmədinejad dəfələrlə bəyan edib ki, onun xalqı erməni xalqı ilə qohum xalqdır və Sarkisyan da onun qardaşıdır. Yəni İranla Ermənistan qardaş, dost dövlətlərdir. İranın ərzaq, silah, yanacaq yardımından Ermənistan hər zaman, istədiyi vaxtlarda bəhrələnib və bu gün də bu iş davam edir. Onlar hər zaman Ermənistan və Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyət göstərən tanınmayan cinayətkar qruplarla sıx əlaqə saxlayıblar.

İran mollalarının və siyasilərinin insani dəyərləri mövcud deyil

İran Ermənistanı həm iqtisadi baxımdan dəystəkləyib, həm də onun Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsinə yardımçı olub. Başa düşülməyən isə odur ki, İranın riyakar, sözdə müsəlman, molla rejimi deyir ki, İran "islam respublikasıdır". Amma müsəlman məscidlərini xarabalığa çevirmiş, orada donuz otaran, bizim islam mədəniyyətinə aid tarixi abidələrimizi məhv edən, insanlarımızı qanına qəltan edən bir rejimə yardım edir. Ona görə də, onların yardım göndərməsi xəbəri təəccüblə qarşılanmamalıdır. Bu mənfur rejimdən belə addımlar gözləmək lazımdır.

Hər şeyə rəğmən, İranın özündə zəlzələ baş verib, çox sayda insan, xüsusilə, soydaşlarımız dünyasını dəyişib. Dünya İrana yardım etdiyi bir zamanda, İran nəinki Ermənistana, həm də dünyanın tanımadığı separatçı və qondarma "DQR"-ə yardım edir. Bu da, onu göstərir ki, İran mollalarının və siyasilərinin insani dəyərləri mövcud deyil.

QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər