PDF Oxu

Əsas

  • 52

Xeyirxahlıq və mərhəmət təcəssümü

"Bilik Günü" münasibəti ilə YAP Yasamal rayon təşkilatı kimsəsiz uşaqlara məktəb ləvazimatı payladı

Xeyirxahlıq və mərhəmət təcəssümü

Cəmiyyətdə xeyirxahlığa və humanizm prinsiplərinə sədaqət nümayiş etdirən Yeni Azərbaycan Partiyası birinci sinifə gedən kimsəsiz, imkansız, məcburu qaçqın və köçkün ailələrinin uşaqları üçün məktəb ləvazimatı və məktəb çantaları paylayıb. Bu partiya ata və anadan məhrum olunan yetim uşaqlara, imkansız ailələrə, yardım göstərməsi ilə tanınır. Partiyanın rəhbərliyi, mütəmadi olaraq, kimsəsiz uşaqların məskunlaşdığı uşaq evlərinə, ahıl qocaların yaşadıqları pansionatlara baş çəkir, problemləri ilə maraqlanır, müxtəlif hədiyyələrlə onları sevindirirlər.

Yeni dərs ilinin başlanması münasibətilə dünən YAP Yasamal rayon təşkilatı rayon ərazisində məskunlaşmış 190 nəfər birinci sinfə gedən məcburi köçkün uşaqlarına məktəb ləvazimatları hədiyyə edib. YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov bu tədbirin ənənəvi xarakter alaraq, hər il keçirildiyini bildirib: "Bugünkü tədbir Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il keçirilir. Məqsədimiz kimsəsiz, imkansız, məcburu qaçqın və köçkün ailələrinə maddi və mənəvi yardım göstərməkdir. Ümid edirik ki, bu il birincə sinifə gedən körpələr də gələcəkdə Azərbaycan Respublikasına layiqli vətəndaş, vətəninə xeyirli övlad olacaqlar".

Tədbirdə iştirak edən rayon təşkilatının idarə heyətinin üzvü Rasim Nəbiyev, rayon təşkilatının qadınlar şurasının sədri Tamilla Şahbazova "Bilik Günü" münasibətilə birinci sinifə gedən 190-a yaxın şagirdə məktəb çantası və məktəb ləvazimatları təqdim olunub.

Çıxış edən valideynlər isə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Onlar ölkə Prezidentinin siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulayıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər