PDF Oxu

Əsas

  • 65

Təhsil islahatları tədrisin keyfiyyətini yüksəldir

Nəsimi rayonunda yeni dərs ili başlandı

Təhsil islahatları tədrisin keyfiyyətini yüksəldir

Respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da yeni dərs ilinin başlanması ilə əlaqədar geniş tədbirlər keçirilib. Həmin tədbirlərdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev məktəblərin pedaqoji kollektivlərini və şagirdlərini Bilik Günü və yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayaraq rayonun təhsil işçilərinin bundan sonra da milli təhsilimizin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. N.Məhəməliyev təhsil sisteminin inkişafının ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafından qaynaqlandığını bildirib: "Əldə olunan nailiyyətlərin ölkəmizdə baş verən sürətli və davamlı sosial-iqtisadi inkişafın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, reallaşan layihələr ölkəmizin həm təhsil, həm də digər sahələrdə yeni uğurlar qazanacağını qətiyyətlə deməyə əsas verir".

Rayon rəhbəri bildirdi ki, ölkəmizdə hər bir təbəqədən olan uşaqlara dövlətimiz tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. "Ölkəmizdə mövcud inkişaf hər bir vətəndaşın həyatında özünü göstərməkdədir. Ölkə başçısı İlham Əliyev tərəfindən təhsilə və elmə göstərilən diqqət və qayğı bu gün hər birimizin həyatında cəmiyyətimizin daha da savadlı kadrlarla əhatə edilməsində başlıca rol oynayır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində böyük işlər görülüb və bu gün də belə işlər davam etdirilməkdədir. Bu gün ölkəmizin elə bir bölgəsi mövcud deyil ki, orada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş məktəb binasına, uşaq bağçasına rast gəlinməsin".

N.Məhəməliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının, digər rayonlarda olduğu kimi, Nəsimi rayonunda də bütün istiqamətlərdə geniş işlərin aparıldığını söylədi: "Son illərdə rayondakı 29 tam orta məktəbin 18-də əsaslı təmir aparılmış, 13 məktəbdə isə əlavə korpuslar tikilmişdir. Proqramın icrası ilə bağlı cari ildə rayondakı 1, 5, 14, 111 saylı tam orta məktəblərdə, 45, 74, 92 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri görülmüşdür. Hazırda 72 və 76 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda, 1 və 5 saylı orta məktəblərdə müvafiq olaraq 10 və 20 sinif otağı olmaqla əlavə korpusların inşasına başlanılıb. Yeni dərs ilinin ilk günü rayonda əsaslı təmir işlərinin başa çatdığı 5, 14 və 111 saylı orta məktəblərdə təntənəli mərasimlər keçirilmişdir. 2011-2012-ci tədris ilində Nəsimi rayonunda təhsil sahəsində uğurlar qazanılıb. Belə ki, 14, 16, 266 saylı məktəblər "İlin ən yaxşı məktəbi", 13 müəllim isə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin qalibi olmuşlar. 6 nəfər məktəbi qızıl medalla bitirmişdir. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunların 1227-si ali məktəblərə qəbul olunmuş, onlardan 49-u yüksək bal toplamışdır".

Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəsimi rayonunda keçirilmiş tədbirlərdə Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak edib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər