PDF Oxu

Əsas

  • 65

Yaşlı nəsil insanlara örnək nümunəsidir

Nəsimi rayonunda 1 Oktyabr Ahıllar Günü münasibəti ilə tədbir keçirildi

Yaşlı nəsil insanlara örnək nümunəsidir

Dünən Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da təntənə ilə qeyd edilir. Bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Hələ qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli və müdrik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən N.Məhəməliyev 1992-ci ildən BMT-nin qətnaməsi ilə 1 oktyabr tarixinin "Beynəlxalq Ahıllar Günü" kimi, 1993-cü ildən isə Azərbaycanda qeyd edildiyini diqqətə çatdırdı. N.Məhəməliyev vurğulayıb ki, 1963-cü ildən BMT-nin qətnaməsinə əsasən hər il oktyabrın 1-də qeyd edilən Ahıllar Günü 1993-cü ildən Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanda da keçirilir. Rayon rəhbəri bildirdi ki, ölkəmizdə ahıl vətəndaşlar daim dövlətimizin qayğısı ilə əhatə olunub və onların bütün problemləri vaxtında həll edilir. Rayon rəhbəri bütün bunların bariz nümunəsi kimi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı il aprelin 17-də "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamın imzalanmasını xatırlatdı.

Nəsimi rayonunda 10000-dən artıq ahıl vətəndaşların yaşadığını deyən N.Məhəməliyev onu da vurğulayıb ki, dövlət tərəfindən bu insanlara diqqət və qayğı mütəmadi olaraq göstərildiyi kimi, eyni zamanda, rayon icra hakimiyyətinin də diqqət mərkəzindədir.

Tədbirdə çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə iştirak edən 150 nəfər ahıla RİH tərəfindən ərzaq bağlamaları təqdim olunub.

Həmçinin, tədbirdə tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı da təşkil olunub.

RƏFİQƏ

Digər xəbərlər