PDF Oxu

Əsas

  • 44

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiysıdır"

YAP-ın 20 illik yubileyinə hazırlıqla əlaqədar partiyanın Samux rayon təşkilatının idarə heyətinin yığıncağı keçirilib

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiysıdır"

Dünən Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə əlaqədar partiyanın Samux rayon təşkilatının idarə heyətinin iclası keçirilib. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək, gündəlikdə duran məsələlər barədə məlumat verib.

G.Bayramov partiyanın 20 illiyinə hazırlıqla əlaqədar təşkilatın hazırladığı tədbirlər planını yığıncaq iştirakçılarının nəzərinə çatdırıb. Rayon təşkilatının sədri bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını reallığı çevirən bir siyasi təşkilatdır: "Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi, dünyanın nüfuzlu partiyalarından birinə çevrilmişdir. 600 minə yaxın üzvü olan partiyamız ötən 20 ildə çətin və şərəfli yol keçmişdir. Rayon təşkilatının əsas vəzifələrindən biri yerlərdə ideoloji təbliğat aparmaq, insanlarla daim ünsiyyətdə olmaq, həmçinin, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab Prezident İlham Əliyevin siyasətinə dəstək vermək və seçkilərdə YAP-ın qələbəsini təmin etməkdir".

G.Bayramov Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən də danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. YAP-ın fəaliyyəti və görülən işlər barədə məlumat verən rayon təşkilatının sədri son illərdə beynəlxalq aləmdə partiyanın nüfuzunun artdığını, eləcə də, öz sıralarını sürətlə genişləndirdiyini vurğulayıb.

Digər çıxışlarda da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafından danışılıb. Sonra gündəlikdəki məsələlər ilə bağlı fikir mübadiləsi aparılıbdır.

Tədbirin sonunda 30 nəfər namizədə partiya biletləri təqdim olundu.

Rəfiqə

Digər xəbərlər