Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar partiyanın Tərtər rayon təşkilatının şura iclası keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar partiyanın Tərtər rayon təşkilatının qərargahında şura iclası keçirilib. Şura üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, qadınlar şurası və gənclər birliyinin üzvlərinin iştirak etdiyi tədbirdə Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı ərazilərdə keçiriləcək tədbirlərin qrafikinin təsdiqi məsələləri müzakirə olunub. YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov yubiley münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını çatdırıb.
R.Şabanov bildirib ki, bu gün Azərbaycanın hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyi var. Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə "91-lər"in xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının Ulu Öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandıran R.Şabanov vurğulayıb ki, ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan MR Ali Məclisinin sədri işləsə də, tək muxtar respublikanın sosial-iqtisadi problemlərinin həlli ilə deyil, ümumilikdə, Azərbaycanın müstəqilliyinin əbədi olması naminə tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən milyonların partiyası adlandırmırlar.
Azərbaycanda son illərdə dinamik sürətlə inkişaf edən quruculuq işlərinə, regionların sosial-iqtsadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan islahatların, infrastruktur layihələrin uğurla nəticələnməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun aşağı salınması məsələlərinə toxunan R.Şabanov bildirib ki, xalqımız, o cümlədən, tərtərlilər Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında həmişə sıx birləşib: "Ölkədə keçrilən prezident, parlament, bələdiyyə seçkilərində YAP-ın mütləq qələbə qazanması milyonların, seçicilərin Prezident İlham Əliyevə, Onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir". Sonra rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar keçiriləcək yığıncaqların qrafikini şura üzvlərinin və iclas iştirakçıların nəzərinə çatdırıb.
Müzakirə olunan məsələlər ətarafında şura üzvlərindən Azad Abbasov, Böyükkişi Cümşüdov, Oqtay Məhərrəmov, Rüfət Qurbanov, Tərtər rayon poçtamt ərazi ilk partiya təşkilatının sədri İsgəndər Tanrıverdiyev və başqaları çıxış edərək, Azərbaycanın çiçəklənməsi və inkişafı yolunda Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti ətrafında daha sıx birləşəcəklərini söyləyiblər.
R.HÜSEYNOVA