Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı partiyanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilir. Dünən YAP Masallı rayon təşkilatı tərəfindən təsdiq edilmiş tədbirlər planı və qrafiklərə əsasən rayonun Mahmudavar, Rüdəkənar, Mololon, Hişkədərə, Miyənkü ilk təşkilatlarının iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünüə tər çiçəklər düzüblər.Sonra Masallı Olimpiya Kompleksində keçirilən tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının şura üzvü Nadir Abıyev Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçib: "Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. Masallı rayon təşkilatımızın sıraları günbəgün artır. Partiyanın ideyalarına sadiq insanlar, Azərbaycan dövlətinə və dövlətçiliyə sadıq insanlar, ziyalılar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".Mərasimdə YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov partiyanını yaranma tarixindən, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində YAP-ın ilk təsis konfransında iştirak etməsindən, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Tədbirdə cənub bölgəsinin Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəllilabad və Biləsuvar rayon təşkilatlarının gənc üzvlərinin iştirakı ilə mini-futbol turnirinə start verilib.Açılış mərasimində qonaqları salamlayan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, o cümlədən, ölkə həyatında - siyasətdə, iqtisadiyyatda, elm və təhsildə, idmanda və digər sahələrdəki möhtəşəm layihələrdən bəhs edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.Yarışların ilk günündə Masallı və Yardımlı komandaları yarışa qatılıblar və Masallı komandası 8-2 hesabı ilə qalib gəlib. Əlavə görüşlərdə Biləsuvar-Cəlilabad 3-2, Lənkaran-Lerik 2-1 hesabları qeydə alınıb.
Rəfiqə