PDF Oxu

Əsas

  • 25

YAP Daşkəsən rayon təşkilatının fəalları ağacəkmə kampaniyasında

YAP Daşkəsən rayon təşkilatının fəalları ağacəkmə kampaniyasında

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ilə bağlı Daşkəsən rayon təşkilatı tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq ilk partiya təşkilatlarında yığıncaqlar, dəyirmi masalar keçirilməsi, yunan-Roma güləşi üzrə yarışların təşkili, Gəncə şəhərində keçiriləcək futbol yarışına Daşkəsən komandasının hazırlanması və bir sıra digər mühüm işlər nəzərdə tutulubdur.

Əlamətdar günün qeyd edilməsi ilə bağlı rayon təşkilatını təmsil edən bütün ilk partiya təşkilatlarında işgüzar əhval-rühiyyə, təşəbbüskarlıq davam etməkdədir. Dünən YAP fəalları şəhər daxilində və rayonun digər ərazilərində fəaliyyət göstərən məktəbəqədər uşaq tərbiyə müəssisələrinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bir sıra ümumtəhsil məktəblərinin həyətində iməcliklər təşkil edərək, təmizlik, səliqə-səhman işləri aparmış, yüzlərlə meyvə və həmişəyaşıl ağaclar əkmişlər. Həyata keçirlən ağacəkmə kampaniyasına YAP Daşkəsən rayon təşkilatının idarə heyəti rəhbərlik etmişdir.

Aytən

Digər xəbərlər