YAP Sabunçu rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı növbəti geniş tədbirini keçirdi
Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün şərəfli, qürurverici tarixini - 20 illik yubileyini qeyd edir. Dünən YAP Sabunçu rayon təşkilatının qərargahında rayon təşkilatı tərəfindən təsdiq edilmiş tədbirlər planı və qrafiklərə əsasən növbəti tədbirini keçirdi. Partiyanın quruculuğu prosesində fəal iştirak edən partiya üzvləri və aktiv gənclərin iştirak etdiyi tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva siyasi həmfikirlərini yubiley ilə bağlı təbrik edərək, onlara uğurlar arzuladı.
M.Abasquliyeva partiyanın yaranma tarixindən, inkişafından bəhs edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası 20 il ərzində şərəfli yol keçib: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb, davamlı inkişaf yolu keçib. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan Yeni Azərbaycan Partiyasının siyasətinin ana xəttini Vətənimizin və xalqımızın mənafeyinin qorunması, hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birliyin yaradılması, ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlər təşkil edir".
Rayon təşkilatının sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu və bu gün ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malik olduğunu söylədi: "Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlarının əhali arasında təbliğinə xüsusi fikir veririk. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlər qazanılır".
M.Abasquliyeva onu da vurğuladı ki, Sabunçu rayonu ərazisində ali məktəblərin sayı çoxdur və bu təhsil ocaqlarında oxuyan tələbə-gənclər partiya təşkilatı ilə sıx təmasda olurlar. Təşkilat sədri fəaliyyətlərində kəmiyyətə yox, keyfiyyətə üstünlük verdiklərini vurğuladı: "Partiyamızın sıralarına üzv qəbul olunmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Biz çalışırıq ki, əqidəli, ziyalı insanlar YAP sıralarına qoşulsunlar. Eyni zamanda, nümunəvi tələbə-gənclər partiyaya qəbul olunur. Biz fədakar gənclərə dəstək verməliyik. İmkanımız daxilində bunu etməyə çalışırıq. Bunun nümunəsi olaraq, YAP-ın dəstəyi ilə fəal, savadlı gənclərimiz xaricdə təhsil almağa göndərilir, müxtəlif sahələrdə irəli çəkilirlər. Gənclərin bir çoxu təhsilə diqqət yetirməklə yanaşı, siyasi fəallıqlarını gücləndirmək istəyirlər. Biz fəal gənclərin potensialından həmişə istifadə etməyə çalışırıq. Partiya işinə cəlb olunan gənclər kiminsə qohumu-tanışı deyil, onlar məhz bacarıqlarına görə etimad qazanırlar. Bütövlükdə isə, YAP Gənclər Birliyi çox səmərəli fəaliyyət göstərir. Partiya rəhbərliyinin dəstəyi ilə gənclərimiz xarici səfərlərə gedərək, müxtəlif tədbirlərdə iştirak edirlər, həmçinin, ayrı-ayrı dövlətlərin nüfuzlu partiyaları ilə ikitərərli əlaqələr qururlar".
Tədbirdə YAP Sabunçu rayon təşkilat sədrinin müavinləri Məhərrəm Mehrəliyev, Bəxtiyar Qasımov, Vidadi Orusov, Vahid Hacıyev, Valeh Ağakişiyev, Sakbir İsmayılov, Nadir Əjdərov və başqaları çıxış edərək xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.
Sonra Yeni Azərbaycan Partiyasının quruculuğu prosesində fəal iştirak edən partiya üzvlərinə hədiyyələr təqdim olundu. Eyni zamanda, Yeni Azərbaycan Partriyasının sıralarına daxil olmuş bir qrup gənc üzvlərə üzvlük vəsiqələri təqdim olundu.
Sonda tədbir iştiirakçıları xatirə şəkili çəkdirdilər.
R.KAMALQIZI