PDF Oxu

Əsas

  • 45

"Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiysıdır"

YAP Şəmkir rayon təşkilatında partiyanın 20 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir

"Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiysıdır"

Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə əlaqədar partiyanın Şəmkir rayon təşkilatı, Şəmkir rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü ilə Şəmkir rayon İdman və Olimpiya Kompleksində regional şəhər və rayonlar arası zona birinciliyi üzrə güləş yarışı keçirildi.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mərasimdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan danışdı. F.Vəliyev Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyət, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verdi. O, həmçinin, turnirin qalibi olmuş Masallı komandasını təbrik edib. O bildirdi ki, xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və cəmi bir neçə aydan sonra xalqın istəyi ilə bu siyasi qurumun sədri ölkə Prezidenti seçilib.

F.Vəliyev Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 20 ilin şərəf və ləyaqət ili olduğunu vurğuladı. Rayon rəhbəri, həmçinin, partiyanın 20 illiyinə hazırlıqla əlaqədar təşkilatın hazırladığı tədbirlər planının mərasim iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə Şəmkir rayon uşaq-gənclər idman məktəbinin direktoru Namiq Mahmudov, beynəlxalq dərəcəli hakim, baş məşqçi Sadıqov Mikayıl və başqaları Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli tarixi yolundan, bu illər ərzində ölkədə baş verən siyasi durumdan, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və Onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar.

Tədbirin sonunda qalib gəlmiş idmançılar YAP Şəmkir rayon təşkilatının diplom, fəxri fərman, kubok, medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Rəfiqə

Digər xəbərlər