PDF Oxu

Əsas

  • 41

YAP Balakən rayon təşkilatında partiyanın yaranmasının 20 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir

YAP Balakən rayon təşkilatında partiyanın yaranmasının 20 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında partiyanın yaranmasının 20 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.

Dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev partiyanın yaranmasından ötən 20 il ərzində görülmüş işlərə nəzər yetirib, tarixi zərurətdən yaranan partiyanın ölkəmizin ictimai - siyasi həyatındakı rolundan söz açmışdır. Azərbayjan müstəqilliyini bərpa etdikdən sonra xalqın emosiyaları ilə hakimiyyəti ələ alanlar ölkəni idarə edə bilməmiş, Azərbaycanda vətəndaş qarşıdurmasına gətirib çıxarmışlar. Səriştəsiz siyasətin nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonları işğala məruz qalmışlar. Daha sonra natiq o vaxtlar Naxçıvanda yaşayan Heydər Əliyevə ziyalılarımız tərəfindən olunan müraciətin mahiyyətini açıqlamış, Yeni Azərbaycan Partiyasının yaranma zərurətini faktlarla əsaslandırmışdır.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin üzvü Yaqub Mahmudov, MM-in komitə sədri Rəbiyyət Aslanova və millət vəkili Kamilə Əliyeva çıxış edərək müasir Azərbaycanda dövlətçilik, müstəqillik və uğurlu xarici siyasətin dayaqlarının ulu öndər Heydər Əliyevin miras qoyduğu siyasətə söykəndiyini, Azərbaycan dövlətinin regionda qüdrətli inkişafından danışmışlar.

Toplantıda Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri Ruqiyyə Seyidova, Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva, rayon təşkilatının şura üzvü Rəhim Tağıyev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını bir daha vurğulamışlar. Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Azərbaycanın gələcəyi naminə gördüyü böyük işlər və həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin ayrı-ayrı məqamlarını yığıncaq iştirakçılarının nəzərinə çatdırmışar.

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilmişdir. Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət ünvanlanmışdır.

yap.org.az

Digər xəbərlər