Dünən Binəqədi rayon icra başçısının 2012-ci ilin doqquz ayının sosal-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında icra hakimiyyəti başçısı aparatı, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon fəalları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Xaləddin İsgəndərov bildirdi ki, 2012-ci ilin doqquz ayında rayon ərazisində sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmiş, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar xeyli iş görülmüşdür.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra başçısının müavini Vüsal İsmayılov bildirdi ki, 2012-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı 2012-ci ilin 9 aylıq yekunlarına əsasən ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirmişdir.
Məruzəçi qeyd etdi ki, 2012-ci ilin 9 ayı ərzində Binəqədi rayonunun sosial-iqtisadi həyatında görülən işlərin yekunu olaraq uğurlu nəticələr əldə olunmuşdur. Cari ilin yanvar-sentyabr aylarında 119 milyon 980 min və ya keçən ilin müvafiq dövründən 0,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.Onun sözlərinə görə, 2012-ci ilin 9 ayı ərzində rabitə müəssisələri tərəfindən rayon üzrə əhaliyə 8 milyon 633 min 500 manatlıq xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 dəfə artım müşahidə olunmuşdur. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 888 min məbləğində investisiya yönəldilmişdir. Əhalinin sosial həyat tərzinin yaxşılaşdılması məqsədi ilə rayon məşğulluq mərkəzində 936 nəfər işaxtaran kimi qeydiyyata alınmış və bir sıra tədbirlər həyata keçirilmişdir.Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirmişdir. Görüş zamanı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı sahibkarların təklifləri, onları narahat edən problemlər, rayon ərazisində gedən abadlıq-quruculuq işlərində rayonun iqtisadi potensialından istifadə olunması barədə müzakirələr aparılmışdır.
V.İsmayılov bildirdi ki, bilavasitə möhtərəm Prezidentimizin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanaraq 4 may 2011-ci ildə onun Sərəncamı ilə təsdiq edilmiş, Dövlət Proqramının icrası ilə əlaqədar bu il iyun ayının 20-də Bakı Şəhər İcra Hakimiyyətində cənab İlham Əliyevin Sədrliyi ilə görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Dövlət Proqramının əlavələrinə dair müvafiq Sərəncam imzalamışdır. Fərəhləndirici haldır ki, həmin əlavələrdə Binəqədi rayon icra hakimiyyətinin təklifləri də öz əksini tapmış, Dövlət Proqramının Binəqədi rayonuna aid olan 6 bəndində müvafiq düzəlişlər edilmiş, 26 tədbir üzrə isə proqram əlavələr edilmişdir.
Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüş, proqram çərçivəsində bir yeni qazanxana tikilərək istifadəyə verilmişdir.
Respublikanın hər yerində olduğu kimi Binəqədi rayonu ərazisində bu istiqamətdə aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Belə ki, qeyd olunan proqramların icrası isriqamətində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılmaqdadır.
Rayon ərazisində əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq mövcud xeyi-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əısaslı tikintisinə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.
Ümumiyyətlə, rayon ərazisində abadlıq-quruculuq işləri ərazilərin sanitar normalara uyğun qorunması istiqamətində tədbirlərlə müşayət edilməsi ilə paralel aparılır. Binəqədi rayonu ərazisində xüsusi proqramlar əsasında abadlıq-quruculuq işləri sürətlə gedir və bu işlərin icrasında rayon icra hakimiyyətinin qarşısında duran vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, siyasi partiyalar və dini qurumlar, təhsil və səhiyyə, mədəniyyət müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası rayon icra hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur.
Rayon ərazisində fəaliyyət göstərən məktəblərə keçən tədris ilində də xərclər smetasına uyğun olaraq, büdcə vəsaiti hesabına şagird partası, stol, stul, yazı lövhəsi, şkaf, proyektor, kompüter dəsti, kompüter stolu və digər ləvazimatlar verilmişdir.
Bütün görülən işlərlə yanaşı, rayon icra hakimiyyəti başçısı aparatı da yeniləşir, idarəetmə sistemi müasir tələblərə uyğun təkmilləşir. Artıq aparatda elektron sənəd dövriyyəsinə keçilmiş, tabeli strukturlarda bu proses ili sonunadək başa çatdırılacaqdır. Rayonun elektron xəritəsi artıq hazırdır.
V. İsmayılov bildirdi, rayonda hər şey yeniləşir və dəyişir.Burada sadalanan işlər görülməsi planlaşdırılan işlərin bir hissəsidir. O, Binəqədinin qəsəbə və mikrorayonlarının yenidən qurulacağını və Bakı şəhərinin ən gözəl rayonlarından birinə çevriləcək. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin verdiyi maddi və mənəvi dəstək bunu bizə deməyə imkan verir.
Hesabat yığıncağında geniş məruzə dinlənildikdən sonra rayon Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Yasin Rüstəmov, 3 saylı məktədin direktoru Nizami Novruzov, rayon sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Eyvazov çıxış edərək rayon icra hakimiyyəti başçısının 2012-ci ilin doqquz ayı ərzində gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Cari ilin doqquz ayı ərzində görülən işlər məqbul hesab olundu.
Binəqədi rayon icra başçısı iclasa yukun vurdu.
ZÜMRÜD