Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı, rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü ilə rayonun məktəblər arası voleybol yarışı keçirildi. Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışdı, xalqına, vətəninə, xidmət edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, idmana göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açdı.
F.Vəliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin dərin siyasi düşüncəsi və zamanın tələbi ilə yaranmış Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliymizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri böyükdür.
Rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlova YAP-ın keçdiyi tarixi yola nəzər salaraq partiyanın bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunması və möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqelərinin güclənməsinə, xalqın rifah halının durmadan yaxşılaşmasına xidmət etdiyini bildirdi. Onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən, təhsil və elmin özünün yeni inkişaf mərhələsini yaşadığını qeyd etdi.
Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda qalib gəlmiş idmançılar YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar, diplomlar, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Aytən