PDF Oxu

Əsas

  • 32

YAP monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

Gədəbəy rayon təşkilatı gənclər birliyi partiyanın 20 illiyi ilə bağlı tədbir keçirdi

YAP monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin növbəti tədbiri keçirilib. Tədbirdə rayon təşkilatının sədri Ramazan Muradov YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq, bildirdi ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: "Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. Bu tarixi və şərəfli yolda rayon təşkilatımızın sıraları günbəgün artır. Partiyanın ideyalarına sadiq insanlar, Azərbaycan dövlətinə və dövlətçiliyə sadıq insanlar, ziyalılar, gənclərimiz müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".

Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini deyən rayon təşkilatının sədri YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın gənclər birliyinin hər zaman fəallıq nümayiş etdirdiyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirdi.

Fəal gənclər adından danışan Xəyyam Vəliyev öz çıxışında YAP-ın gənclərə olan diqqət qayğısından danışdı. Bildirdi ki, 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu: "Bununla Azərbaycan gənclərinin məşğuliyyət və problemləri partiyanın birbaşa diqqət mərkəzinə çevrildi. Ötən il partiyanın fəaliyyətində də böyük nailiyyətlər əldə olundu. Belə ki YAP-nın Gənclər Birliyi əhəmiyyətli layihələr həyata keçirdi. Gənclər ölkənin ictimai-siyasi həyatında, həmişə olduğu kimi, bu gün də yüksək fəallıq nümayiş etdirirlər. YAP Gənclər Birliyinin nümayəndə heyəti xarici ölkələrdə olub, müxtəlif tədbirlər keçirib, eyni zamanda, YAP Gənclər Birliyinin dəvəti ilə xarici ölkələrin gənclər təşkilatları Azərbaycanda olub, ölkəmizin reallıqları ilə yaxından tanış olurlar".

Daha sonra geniş məruzə ilə YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin sədri Alim Verdiyev çıxış edərək, bildirdi ki, Yeni Azərbaycan Prtiyası 20 il ərzində şərəfli bir yol keçibdir: "Bu 20 il ərzində nəhəng layihələrə imza avtılıb. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı partiyaya dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sədrlik etməsi biz gəncləri ruhlandırır. A.Verdiyev onu da bildirdi ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Onun sözlərinə görə, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirir.

A.Səmədova

Digər xəbərlər