PDF Oxu

Əsas

  • 41

Şərəfli yolla irəliləyən Yeni Azərbaycan Partiyası

YAP Ağstafa rayon təşkilatında partiyanın 20 illik yubileyi ilə əlaqədar silsilə tədbirləri davam edir

Şərəfli yolla irəliləyən Yeni Azərbaycan Partiyası

YAP Ağstafa rayon təşkilatı da bu tarixi bayramla bağlı ardıcıl olaraq tədbirlər keçirir. Rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planı və qrafiklərə əsasən növbəti tədbir Ağstafa rayonunda yerləşən "SEZAR" şadlıq sarayında keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızı, millət vəkilləri Nizami Cəfərov, Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov partiyanın yaranma tarixindən danışıb: "Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yaranıb. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının yarandığı elan edilib. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib".

Tədbirdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkilləri Nizami Cəfərov, Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Ağstafa rayon təşkilatının sədr müavini Elmar Kərimov çıxış edərək, 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının 20 ildə minlərlə siyasi fəalı birləşdirən partiyaya çevrildiyini qeyd ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola müxtəlif aspektlərdən nəzər salıblar və bu gün xalqımızın firavan yaşamasında mühüm rol oynayan Ulu Öndər Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirdiyini xüsusi olaraq vurğulayıblar.

Yubiley tədbiri rayon musiqi kollektivlərinin rəngarəng ifaları ilə davam etdirilib.

RƏFİQƏ

Digər xəbərlər