PDF Oxu

Əsas

  • 24

Yeni Azərbaycan Partiyası 20 il uğurla

YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı bayram tədbiri keçirib

Yeni Azərbaycan Partiyası 20 il uğurla

Dünən YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı bayram tədbiri keçirib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünüə gül dəstələri qoyublar. Rayonun "Sahil" istirahət mərkəzində davam edən bayram tədbirində YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti öz təcəssümünü tapdı: "Aydın oldu ki, YAP gələcəyimizin və xalqımızın güvənc yeridir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu partiyanın tərkib hissələrindən biri olan Yevlax rayon təşkilatında da öz əksini tapmışdır. 17 iyul 1993-cü ildə əsası qoyulan YAP Yevlax rayon təşkilatının say tərkibi günbə-gün artmaqdadır. Bu gün rayon təşkilatının üzvlərinin sayı 7478 nəfər təşkil edir ki, onlardan 3950 nəfərini qadınlar, 2214 nəfərini isə gənclərdir".

YAP Siyasi Şurasının üzvü, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək partiya üzvlərini 20 illik yubiley münasibəti ilə təbrik edib. Bildirib ki, 20 il ərzində ölkəmizdə əldə olunan nailiyyətlər, qələbələr, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, sözün həqiqi mənasında Yeni Azərbaycan Partiyasının şərəfli tarixini ifadə edir və partiyamızın keçdiyi yolu Azərbaycanın bu illər ərzində keçdiyi yoldan ayrı təsəvvür etmək mümkün olmaz: "Bu yolu şərəflə davam etdirmək üçün qarşıdan gələn 2013-cü il prezident seçkilərində hər birimizi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm".

Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov, rayon icra hakimiyyəti başçısının müavinləri Qənimət Qaraşov, Müstəqim Məmmədov, rayon təşkilatının qadınlar şurasınnı sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova, rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Yevlax rayonunu baş prokuroru Elxan Pənahov və başqaları çıxış edərək vurğulayıblar ki, YAP-ın fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının xoş gələcəyini təmin etməkdən ibarətdir: "Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var".

Bayram mərasimində 20 illik yubiley münasibətilə YAP Yevlax rayon təşkilatının rəsmi internet sayıtının təqdimatı keçirilib.

Həmçinin, partiyanın işində fərqlənən bir qrup YAP fəallarına fəxri fərman və qiymətli hədiyyələr təltif edilib.

Mərasim musiqi proqramı ilə davam edib.

A.Səmədova

Digər xəbərlər