PDF Oxu

Əsas

  • 31

Yeni Azərbaycan Partiyası 20 il şərəfli yolda

Mingəçevirdə YAP-ın yaranmasının 20 illiyi ilə bağlı tədbirlər keçirilməkdə davam edir

Yeni Azərbaycan Partiyası 20 il şərəfli yolda

Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər icra hakimiyyəti ilə birlikdə yubiley tədbiri keçirib. Təşkilatçılar tədbirdən əvvəl partiya fəalları ilə birlikdə Mingəçevir şəhərinin mərkəzində ucaldılan Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz dərin ehtiramlarını bildiriblər.

Tədbiri Mingəçevir şəhər icra hakimiyyətinin başcısı Niyazi Bayramov giriş sözü ilə açaraq, tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı təbrik edib. Sonra yubiley ilə bağlı keçirilən idman yarışlarının qaliblərinə şəhər təşkilatının kuboku, fəxri fərmanlar və qiymətli hədiyələri təqdim olunub. Eyni zamanda, şəhər təşkilatının ictimai-siyasi fəaliyyətində yaxından iştrak edən partiya üzvlərinə fəxri fəmanlar, partiyaya yeni üzv olanlara partiya vəsiqələri və Ulu Öndərin əks olunmuş döş nişanları verilib.

YAP-ın yubiley mərasimində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və başqaları çıxış edərək partiyanın yaranmasından və keçdiyi şərəfli yolda əldə olunan uğurlardan danışaraq, partiya üzvlərini yubiley münasibəti ilə təbrik ediblər.

Tədbir bayram konserti ilə davam etdirilib.

Rəfiqə

Digər xəbərlər