PDF Oxu

Əsas

  • 29

YAP Sumqayıt rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı tədbir keçirdi

Asif İmaməliyev: "YAP-ın 20 min nəfərə yaxın üzvü öz ətrafında birləşdirən Sumqayıt şəhər təşkilatı Ulu Öndərin ölməz ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin ən fəal təbliğatçılarıdırlar"

YAP Sumqayıt rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı tədbir keçirdi

Dünən Sumqayıt şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibəti ilə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən təntənəli bayram tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Yeni Azərbaycan Partiyasının yatadılmasına həsr edilmiş film nümayiş olundu. Bayram tədbirində çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev qeyd etdi ki, Sumqayıtlılar Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirlər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş partiya bütövlükdə xalqın partiyası olaraq, ötən 20 ildə Azərbaycan xalqının etimadını qazanmışdır: "Yeni Azərbaycan Partiyası 90-cı illərin əvvəlində Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldı. Partiyanın təsis konfransı 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirildi və həmin tarixi konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarından 550 nəfər nümayəndə iştirak etdi. Belə bir məqamda, partiyanın yaranışı həm də Azərbaycanın, Azərbaycan xalqının düşdüyü bəlalardan qurtuluşunun əsasını qoydu. Sonrakı illərdə qarşıya qoyulan vəzifələr böyük şərəflə yerinə yetirildi. Yubiley ilində, biz tarixə nəzər saldıqda, görərik ki, bu illər ərzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında müəyyən işlər görülüb, nailiyyətlərə imza atılıb".

A.İmaməliyev onu da vurğuladı ki, bu gün YAP Sumqayıt şəhər təşkilatı partiyanın fəaliyyətində önəmli yerlərdən birini tutmaqdadır: " YAP-ın 20 min nəfərə yaxın üzvünü öz ətrafında birləşdirən Sumqayıt şəhər təşkilatı Ulu Öndərimiz Heydər Əliyevin ölməz, əbədi ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin ən fəal təbliğatçılarıdırlar. Hazırda 20 min nəfəri 312 ilk ərazi təşkilatları birləşdirir ki, bu faktor da partiyanın güclənməsi istiqamətində əhəmiyyətli rol oynayır".

A.İmaməliyev daha bir maraqlı fakta toxunaraq bildirdi ki, artıq Sumqayit şəhər təşkilatının 20 mininci üzvü YAP sıralarına qatılıb. Bu münasibətlə şəhər təşkilatının sədri tərəfindən həmin üzvə təntənəli surətdə partiyanın vəsiqəsi təqdim olundu.

Daha sonra tədbir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti və tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdirildi.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər