"Səs" qəzetinin, "Səs" informasiya agentliyinin və "Səs" internet televiziyasının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər
12 dekabr tarixi Azərbaycanın zaman-məkanına Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu il kimi daxil olmuşdur. Bu tarix həm də onun göstəricisidir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim, əbədi olaraq xalqımızın qəlbində yaşamaqdadır. Məhz bu tarixdə axın-axın insanlar Ulu Öndərin uyuduğu məzarını ziyarətə gəlir, bu məzarın qarşısında baş əyərək, Onun əziz xatirəsini yad edirlər.
Dünən "Səs" qəzetinin, "Səs" informasiya agentliyinin və "Səs" internet televiziyasının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin məzarı qarşısına gül-çiçək dəstələri düzən media təmsilçiləri Onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Əbədi olaraq hər bir azərbaycanlının qəlbində yaşayan Heydər Əliyev sevgisi, bundan sonra da vətənini, dövlətini sevən hər bir kəsin müqəddəs məramı, and yeri olacaq.
Rövşən