YAP Şəmkir rayon təşkilatının 2012-ci ildə gördüyü işlər 2013- ildə qarşıda duran vəzifələrə dair şura iclası keçirilib. İclasda YAP Şəmkir rayon təşkilatının 2012-ci ildə gördüyü işlər və 2013-cü ildə keçirləcək Prezident seçkilərinə hazırlıq məsələləri gündəlikdə duran əsas məsələlərindəndir. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbirdə çıxış edərək, rayon təşkilatının gördüyü işlər barədə məlumat verdi. F.Vəliyev bildirdi ki, YAP Şəmkir rayon təşkilatı daimi olaraq partiya üzvlərini ideya və siyasi hazırlıq səviyyəsini yüksəldilməsi daim diqqət mərkəzində saxlayır: "Belə ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyası İcra Katibliyində YAP Şəmkir rayon təşkilatının aparat attestasiyasının keçirilməsi işçilərin məsuliyyətini bir daha artırmış, peşə və siyasi hazırlıq səviyyələrinin yüksəldilməsinə böyük stimul vermişdir. YAP Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 9242 nəfər üzvü vardır ki, onların da 3740 nəfəri gənclərdir. Cari il ərzində 863 nəfər rayon təşkilatının sıralarına üzv qəbul olunub. Bu gün partiyamızda əsas işlərdən biri ərazi ilk partiya təşkilatları ilə səmərəli işin qurulmasıdır ki, bu məqsədlə aparat işçiləri arasında bölgü aparılmış və ilk partiya təşkilatlarına nümayəndələr təyin olunmuşdur".
Rayon təşkilatınnı sədri onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının verdiyi, təlimatlar, tapşırıqlar təşkilat sədrlərinin diqqətinə çatdırılır, ideoloji işin səviyyəsinin artırılması məqsədilə daimi olaraq rayon təşkilatında və ilk partiya təşkilatlarında toplantılar keçirilir. YAP Şəmkir rayon təşkilatı bu gün partiya işinin yüksəldilməsi istiqamətində çevik, inamlı və dinamik fəaliyyət üsullarına üstünlük verir".
"YAP Şəmkir rayon təşkilatı, rayon icra hakimiyyəti ilə birlikdə bütün seçkilərdə birlikdə fəaliyyət göstərdikləri üçün böyük uğurlara nail olunur" fikrini deyən F.Vəliyev fəal partiya üzvlərinin siyasi fəaliyyətlərinin həm rayon icra hakimiyyəti, həm də rayon təşkilatı tərəfinidən daim yüksək dəyərləndirildiyini bildirib. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurlar hər bir azərbaycanlı kimi biz şəmkirlilərin də qəlbində qürur hissi yaradır.
YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvü, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov rayonda görülən abadılıq və quruculuq işlərindən danışıb: "Biz bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan günbəgün inkişaf edir, gözəlləşir, abadılaşır, müasirləşir. Bu inkişafı Şəmkir rayonunda da aydın görmək olar. Bütün bu inkişaf möhtərəm Prezidentimizin apardığı uğurlu və məqsədyönlü siyasətinin nəticəsidir".
N.Veysov onu da vurğulayıb ki, yığıncaqlarda hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır: "Yığıncaqlarda gənclərin partiyada boy sırasının artması ilə əlaqədar onların təşkilatlarda fəaliyyətləri yüksək əlaqələndirmə mexanizminin yaradılması, çoxsaylı üzvləri olan ilk partiya təşkilatlarının idarə olunması təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Rayon təşkilatının şura və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk təşkilat sədrləri yeniləşdirilməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirilməlidir".
Tədbirdə YAP Şəmkir rayon təşkilatı Kür qəsəbə 3 saylı məhəlli ərazi ilk partiya təşkilatının sədri Pirverdi Bayramov, rayon mərkəzi xəstəxanası ilk partiya təşkilatının sədri Abdulla Rzayev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Qüdrət Əliyev, rayon tarix və diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyev, partiya fəallarından Akif Mərdanov, Abdulla Dilarov, Məhərrəm Abbasov, Böyükağa Qurbanov və başqaları, çıxış edərək bildiriblər ki, YAP Şəmkir rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Ulu Öndər Heydər Əliyev ideyalarına, dövlətə, dövlətçiliyə sadiqliyini daim nümayiş etdirir və ictimai-siyasi sabitliyin qorunub saxlanması istiqamətində fəal mövqe tutur.
RƏFİQƏ HÜSEYNOVA