PDF Oxu

Əsas

  • 32

Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir

Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə Aktau şəhərinin rəhbərliyi, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov tədbirdə çıxış edərək bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyev tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən, elan olunmuş və ilk dəfə Naxçıvanda həyata keçirilmişdir. Bundan sonra həmin bayram Azərbaycanın bütün ərazisində qeyd olunmağa başlamışdır.

R.Məmmədov ümummilli liderin bu tarixi qərarının əhəmiyyəti haqqında danışmış, xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətən ilə əlaqələrinin genişlənməsində bu bayramın rolunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, Qazaxıstanda 130 mindən artıq azərbaycanlı yaşayır və onlar da bu ölkənin tamhüquqlu vətəndaşlarıdır.

Aktau şəhərinin akimi Edil Janbırşin Qazaxıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin getdikcə inkişaf etdiyini bildirmişdir. Qeyd etmişdir ki, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Aktauda baş konsulluq yaradılmışdır.

AzərTAc

Digər xəbərlər