PDF Oxu

Əsas

  • 37

“Leyla Yunus Azərbaycanda olan bəzi müxalifət qəzetlərinin favorisidir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Leyla Yunus ilk növbədə öz ictimai məsuliyyətini dərk etməlidir”

“Leyla Yunus Azərbaycanda olan bəzi müxalifət qəzetlərinin favorisidir” AÇIQLAMA

Bilirsiniz, erməni olmaq üçün mütləq etnik erməni olmaq lazım deyil. Aramızda bəzən düşüncə etibarilə, mənəviyyat etibarilə, erməni olan insanlara rast gəlirik. Hesab edirəm ki, erməni məqsədlərinə xidmət etmək elə ermənilikdir. Leyla Yunusun layihəsi də Azərbaycanın milli maraqlarına deyil, ermənilərin məqsədlərinə xidmət edir. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Leyla Yunusun Azərbaycan yönəlik qərəzli hərəkətlərinə şərh verərkən belə deyib.

Baş redaktorun sözlərinə görə, onun ölkəmiz haqqında söylədiyi bütün fikirlər Azərbaycanın milli, dövlətçilik maraqlarına ziddir: " L.Yunus ilk dəfə deyil ki, bu kimi antiazərbaycançı fəaliyyətlə məşğul olur. Məsələ ondadır ki, Azərbaycan hüquqi dövlətdir və hər bir ölkə vətəndaşının Azərbaycandakı demokratik azadlıqlardan istifadə etmək hüququ olduğu kimi, dövlətimiz qarşsında vətəndaşlıqdan irəli vəzifələrini yerinə yetirmək borcu da vardır. Məhz buna görə hesab edirəm ki, L.Yunusun hərəkətləri anti-milli, anti-dövlət fəaliyyəti kimi qiymətləndirilməlidir və müvafiq hüquqi prosedurlar həyata keçirilməlidir. Əks təqdirdə bu olduqca təhlükəli tendensiya yarada bilər. Beynəlxalq anti-azərbaycançı mərkəzlər bilirlər ki, Azərbaycan höküməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində güzəştə getməyəcəkdir. Biz 20 ildən çoxdur ki, işğal faktına dözürük.Ermənistan tərəfi məhz bunun müqabilində mövcud status-kvonu saxlamaq məqsədilə və Azərbaycanın əleyhinə süni ictimai rəy formalaşdırmaq üçün bu cür addımlar atır".

H.Babaoğlu hesab edir ki, L.Yunus ilk növbədə öz ictimai məsuliyyətini dərk etməlidir: "Bu adam üçün Azərbaycan ictimai rəyi, qınağı, eləcə də ictimai-mənəvi məsuliyyəti heç bir əhəmiyyət daşımır. Ona görə də həmin insan əsla azərbaycanlı hesab edilə bilməz. L.Yunus Azərbaycanda olan bəzi müxalifət qəzetlərinin favorisidir. O müxalifət qurupları ki, Azərbaycanda hakimiyyətə gəlmək iddiası ilə yaşayırlar. Azərbaycan ictimaiyyəti onu da görməlidir ki, bu dağıdıcı radikal quruplar həmin L.Yunus kimi insanları müdafiə etməklə əslində nəyə xidmət edirlər".

Digər xəbərlər