PDF Oxu

Əsas

  • 73

Əkrəmi müdafiə etmək anormallıqdır

Əkrəmi müdafiə etmək anormallıqdır

"Atalar sözü var, "axsaq atın kor nalbəndi olar". Əkrəmi müdafiə edən elə onun tayıdır. Əkrəmi müdafiə eləyənlərə Allah ağıl versin ki, erməni versiyasında kitab nəşr edən bir şəxsi müdafiə edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifət liderlərinin Əkrəm Əylislini müdafiə etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Əkrəm üçün bu gün Azərbaycanda ictimai-siyasi sabitlik şəraitində hansısa bir təhlükə yoxdur: "Ona görə onu müdafiə etmək anormal hərəkətdir. Əkrəmi kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitabı ortaya qoyub. Bu kitabın da bədii məziyyətləri də hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar".

M.Qurbanlı Ə.Əylislinin "Daş yuxular" kitabından müxalifətçilərin xəbəri olmasına, xüsusilə Eldar Namazovun bu kitabın rəyçisi olmasına da münasibət bildirib: "Kiminsə bu kitabdan xəbəri olubsa və bu kitabın çap olunmasına rəvac veribsə o elə Əkrəmin tayıdır".

sia.az

Digər xəbərlər