YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları soyqırımı qurbanlarının, bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək, bildirdi ki, Xocalı soyqırımı Azərbaycanın və bəşəriyyətin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanaraq xalqımıza qarşı qətliamlar, qırğınlar törədən ermənilər 21 il öncə daha bir soyqırımı aktını gerçəkləşdirərək həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Bu həm də 200 ildir davam edən və tarixin müxtəlif dövrlərində özünü daha açıq şəkildə göstərən bir siyasətin nöbəti həlqəsi olub. Belə ki, təxminən iki əsr ərzində Azərbaycan xalqı dəfələrlə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Bu çərçivədə xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub".
T.Tağıyev artıq Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə daha geniş şəkildə tanınmağa başlandığını deyib. Onun sözlərinə görə, artıq bir sıra dövlətlərin parlamentləri bu barədə müvafiq sənəd qəbul ediblər. Bugünlərdə Çexiya parlamentində qəbul edilmiş qətnamə buna sübutdur.
YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü Nurulla Məmmədov çıxışında bildirib ki, XIX əsrdə xüsusilə, "Türkmənçay" sülh müqaviləsindən sonra ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasətinə başlanıb. Bu isə azərbaycanlıların kütləvi deportasiyasına zəmin hazırlayan ilk qərarlardan olub: "Ötən əsrin ilk illərində isə bu siyasət daha çox qırğınlarla müşayiət olunub və minlərlə azərbaycanlının erməni şovinistləri tərəfindən qətlə yetirilməsinə gətirib çıxarıb. Xüsusilə, 1918-ci ilin mart qırğınları, o cümlədən, 31 mart soyqırımı ermənilərin məkrli planlarının və türk düşmənçiliyinin növbəti bir ifadəsi idi. Onu da qeyd etmək lazımdır ki, bu soyqırımlarını törətməkdə ermənilərə həmişə müəyyən qüvvəllər havadarlıq edıb. Xocalı soyqırımının törədilməsində də belə olub".
YAP Nərimanov rayon təşkialtı qadınlar şurasının sədri Məhəbbət İbrahimova isə çıxışında bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə yeksan etmiş erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Onun sözlərinə görə, Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini və iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təşkilatın gənclər birliyinin sədri Yusif Babanlı da çıxışında qeyd edib ki, Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində gəncxlərin də fəallıq nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə partiaynın fəal gəncləri sosial şəbəkələrərin imkanlarından istifadə edərək soyqrımı həqiqətlərini yayırlar.
Tədbir iştirakçılarından, həmçinin, Rafael Sultanov, Lalə Əhmədova və başqaları çıxış edərək vurğulayıblar ki, ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub. Bu cinayət isə cəzasız qalmayacaq.
RƏFİQƏ