PDF Oxu

Əsas

  • 97

YAP Xızı rayon təşkilatının yaradılmasının 20 illiyi

YAP Xızı rayon təşkilatının yaradılmasının 20 illiyi

22 fevral 2013-cü il tarixdə YAP Xızı rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir kecirilib. SİA-nın verdiyi məlumata görə, YAP Xızı rayon təşkilatının inzibati binasının konfrans zalında kecirilən tədbir binanın foyesində qoyulmuş Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyublar.Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri F.M.Haqverdiyev partiyanın yaranma tarixindən, kecdiyi cətin inkişaf yolundan danışıb: "Azərbaycanın bütün regionlarının təmsil olunduğu təsis konfransı 1992-ci il noyabrın 21 Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini konfansda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Bundan sonra bölgələrdə partiyanın özəklərinin yaradılmasına başlandı. 1993-cü il fevralın 26-da 21 nəfər təsisçinin iştirakı ilə partiyanın Xızı rayon təşkilatının təsis konfransı keçirildi. Bu gün isə 20 illiyini qeyd etdiyimiz YAP Xızı rayon təşkilatında 41 ilk partiya təşkilatını təmsil edən 1757 partiya üzvü var. Onlardan 850 nəfəri gənclər, 782 nəfəri isə qadınlardır".

Təşkilat sədri qeyd edib ki, 2013-ci ildə Azərbaycanda növbəti Prezident seçkiləri keçiriləcək. Artıq Azərbaycanın hər bir vətəndaşının gəldiyi qənaət belədir ki, növbəti Prezident seçkilərində YAP sədrinin namizədliyinin dəstəklənməsindən ibarətdir. Hər bir Azərbaycan vətəndaşı hesab edir ki, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti 5 ildə də uğur qazanmasını təmin edəcək.

Yubiley tədbirində YAP Xızı rayon təşkilatının sədr müavini B.Ə.Nəbiyev, Qadınlar Şurasının sədri S.M.Rüstəmova, Gənclər Birliyinin sədri J.A.Hüseynova və Xızı rayon icra hakimiyyətinin başçısı X.Q.Aslanov çıxış etdilər. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri və fəal partiya üzvlərinə isə "Fəxri Fərman"lar təqdim edilib.

Tədbir Xızı şəhər tam orta məktəbində YAP Xızı rayon təşkilatının 20-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında Xızı rayon acıq birinciliyi ilə davam etdirilib. Tədbirdə Bakı və Sumqayıt şəhər, Abşeron, Siyəzən, Şabran, Quba və Xacmaz rayon idmancıları da iştirak ediblər. Yarışda 1, 2 və 3 -cü yerləri tunan idmancılar YAP Xızı rayon təşkilatının "Fəxri Fərman", medallar və hədiyələrlə təltif ediliblər.

sia.az

Digər xəbərlər