PDF Oxu

Əsas

  • 54

Tarixin qanlı yazılmış yaddaşı - 31 mart soyqırımı

Tarixin qanlı yazılmış yaddaşı - 31 mart soyqırımı

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirildi. İlk olaraq, tədbir iştirakçıları bütün şəhid soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Dəyirmi masanı giriş sözü ilə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov açaraq, Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı məlum Fərman əsasında Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğuladı. Həmin zamandan etibarən hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirildiyini vurğulayan Y.Məmmədov bu məzmunda təşkil edilən tədbirlərin mahiyyətinə nəzər saldı. O, qeyd etdi ki, tarixdə yaşanılan olaylar ermənilərin Azərbaycana qarşı olan mənfur siyasətinin məntiqi olaraq özünü göstərir. Tarixi faktlara əsaslanan natiq XIX əsrin əvvəllərində Ermənistan ərazisində 2000-dən artıq azərbaycanlı kəndi olduğunu bildirdi. Bu gün isə ermənilərin deportasiya və kütləvi saxtalaşdırılma siyasəti nəticəsində həmin yerlərdə nə bir azərbaycanlı qalıb, nə də Azərbaycan adı. Çar Rusiyası və sovet hakimiyyəti illərində Ermənistanın etnik mənzərəsinin necə dəyişdiyini özündə dolğun əks etdirən statistik rəqəmlərə nəzər salan Y.Məmmədov bildirdi ki, həmin ərazidə 1850-ci ildə 76 faiz azərbaycanlı, 24 faiz erməni; 1910-cu il də 64 faiz azərbaycanlı, 33 faiz erməni; 1948-ci ildə 52 faiz azərbaycanlı, 48 faiz erməni, 2 faiz isə digər millətlər yaşamışdır. Y.Məmmədov 1918-ci il mart hadisələrinin amansızlığını və qəddarcasına azərbaycanlıların başına gətirilən fəlakəti diqqətdən keçirərək Şamaxıda, Bakıda, Qubada, Lənkəranda və digər Azərbaycan bölgələrində minlərlə dinc mülki vətəndaşın qətlə yetirildiyini söylədi.Professor bu gün həmin tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının mahiyyətinə nəzər salaraq, 6 il bundan əvvəl aşkar olunan Quba Soyqırımı Momeral Xatirə Kompleksinin 1918-ci ildə baş vermiş erməni vəhşiliklərinin əyani sübutu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.Müasir dövrümüzdə Azərbaycanda aparılan məqsədli siyasətin nəticəsində dünya ölkələrində, xüsusilə də, ABŞ-da bu məsələyə ciddi diqqət yetirilir. Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gerçəkləşdirdiyi məqsədli fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birmənalı olaraq beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətə malikdir.Başda Prezident Cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu gün vacib istiqamətdə bütün tədbirləri uğurla həyata keçirdiyini bildirən Y.Məmmədov qeyd etdi ki, ölkə başçısının səyi nəticəsində Qarabağ münaqişəsi yalnız xalqımızın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcək.Dəyirmi masada çıxış edən ADPU-nun tarix fakültəsinin dekan müavini, dosent Nazir Əsədov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi reallıqları nəzər salıb, ermənilər tərəfindən xalqımızın tarixinin kobud şəkildə saxtalaşdırılmasını, təcavüz siyasətinin 200 ilə yaxın dövrünü diqqətə çəkdilər. Bu zaman məsafəsində azərbaycanlıların başına gətirdikləri faciələrə, müsibətlərə nəzər salındı, xalqımıza qarşı deportasiya və soyqırımı siyasətinin ağır nəticələri çözələndi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər