PDF Oxu

Əsas

  • 41

İnsanlığa və bəşəriyyətə qarşı yönəlmiş qəddar cinayət

YAP Ağdam rayon təşkilatı 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirib

İnsanlığa və bəşəriyyətə qarşı yönəlmiş qəddar cinayət

YAP Ağdam rayon təşkilatı 31 mart azərbaycanlıların soyqırımının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirib. Partiyanın rayon təşkilatının üzvlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev bildirdi ki, iki yüz ildir davam edən bu şovinist və riyakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılmışdır: "1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımı cinayətlərindən biridir. Həmin ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 10 minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 100 minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 38 mindən çox adam, o cümlədən, 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdir".

İ.Quliyev onu da bildirib ki, Azərbaycan tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin faktların dili ilə erməni məkrini ifşa etdiyi Fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır: "Ən əsası bu Fərman terrorizmə, soyqırımınına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq".

Tədbirdə tarixçi müəllim Raquf Zeynalov, YAP Ağdam rayon təşkilatının gənclər birliyinin sədri Amil Cavadov və başqaları 31 mart soyqırımı haqqında geniş çıxışlar edərək tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Çıxış edənlər onu da vurğulayıblar ki, artıq bu gün həmin uğurlar göz qabağındadır. Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə yanaşı, Onun qoyduğu ənənələrin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır.

ÜLVİ

Digər xəbərlər