YAP Gədəbəy rayon təşkilatı Gədəbəy rayon icra hakimiyyəti ilə birgə 31 mart soyqırımının 95-ci ildönümü ilə bağlı tədbir keçirib
YAP Gədəbəy rayon təşkilatı Gədəbəy rayon icra hakimiyyəti ilə birgə 31 mart soyqırımının 95-ci ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan RİH başçısı Ramiz Yediyarov təcavüz siyasətinin 200 ildən artıq tarixi olduğunu qeyd edərək, bu siyasətin məqsədinin azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq olduğunu bildirdi: "Öz mənfur siyasətini gerçəkləşdirmək üçün ermənilər müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, separatizm və qonşu xalqlara qarşı təcavüz siyasətindən istifadə etmişlər. Təbii ki, bütün bunlar erməni şovinizminin əsil mahiyyətini ifadə etməklə sübut edir ki, ermənilər tarixən bir millət olaraq mahiyyətcə terrorizmə və vəhşiliyə üstünlük veriblər "."Çox şükürlər olsun ki, sonradan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə verdiyi Sərəncamla bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmışdır" fikrini söyləyən R.Yediyarov onu da vurğulayıb ki, tarixi faktlar və dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur: "Onu da vurğulamaq lazımdır ki, Qubada aşkar olunmuş kütləvi məzarlıq və burada insanların hansı vəhşiliklərlə öldürüldüyünü sübut edən ən tutarlı faktdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızın bütövlüyü daima etibarlı əllərdədir".YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırımı aktında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib: "200 il öncə əzəli və əbədi Azərbaycan torpaqlarına köçürülmüş mənfur ermənilər hər cür iyrənc əməllərə əl atıblar. Çox şükürlər olsun ki, sonradan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə verdiyi Sərəncamla bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmışdır. Çünki tarixi faktlar və dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur. Bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq və burada insanların hansı vəhşiliklə öldürüldüyünü sübut edən ən tutarlı faktdır". Rayon təşkilatının sədri onu da bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızın bütövlüyü daima etibarlı əllərdədir.Tədbirdə çıxış edən rayon statiska idarəsinin rəisi Cəlal Xıdırov və digər iştirakçılar 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərlə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, ermənilər azərbaycanlılara qarşı həmişə soyqırımı siyasəti yürüdüblər. 31 mart soyqırımı da xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir. Çıxışlarda işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə ədalətlə həll olunacağına əminlik ifadə olunub.
R.KAMALQIZI