PDF Oxu

Əsas

  • 32

YAP-ın Sədr müavini Əli Əhmədov İraq Respublikasının Azərbaycandakı səfirini qəbul etmişdir

YAP-ın Sədr müavini Əli Əhmədov İraq Respublikasının Azərbaycandakı səfirini qəbul etmişdir

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 8-də İraq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakı ilə partiyanın mənzil qərargahında görüşmüşdür.

Dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyət göstərməsindən qürur duyduğunu nəzərə çatdıran cənab səfir Heydər Şiya Qubeyşi əl-Bərrakı ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini qeyd etmişdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edirdi.

yap.org.az

Digər xəbərlər