PDF Oxu

Əsas

  • 26

Seymur Orucov: Gənclərimiz Ulu öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsini özünün başlıca vəzifəsi hesab edir

Seymur Orucov: Gənclərimiz Ulu öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsini özünün başlıca vəzifəsi hesab edir

"Azərbaycan gəncləri Ulu öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsini özünün başlıca vəzifəsi hesab edir". Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bütün həyatını xalqımızın inkişaf və tərəqqisinə həsr etmiş Ulu öndərimizin irsi gənclərimiz üçün böyük siyasi məktəbdir. Onun sözlərinə görə, gənclərimiz bu gun məhz Heydər Əliyev siyasətinin bəhrələrini görürlər.

"Çünki Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu siyasət nəticəsində gənclərimizin inkişafı üçün bütün imkanlar yaradılıb. Biz inanırıq ki, Heydər Əliyevin zəngin irsindən bəhrələnən gəncliyimiz daim uğurlar qazanacaq və ölkəmizin inkişafına dəyərli töhfələr verəcəklər"- deyə, YAP Gənclər Birliyinin sədri qeyd edib.

yap.org.az

Digər xəbərlər