Səbail rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, millət vəkili Fuad Muradov, rayonda yerləşən təşkilatların nümayəndələri iştirak ediblər.İclasda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon ictimaiyyətinin nümayəndələri ilə müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra başçısı Asif Əsgərov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclas barədə geniş məlumat verərək qeyd edib ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 3.1 %, qeyri-neft sektoru 11.4% artmış, inflyasiya cəmi 1.2%, əhalinin pul gəlirləri 6% olub. Kənd təsərrüfatı 4% artıb. Ölkənin strateji valyuta ehtiyyatları 2.6 % artaraq 48 milyrad dollar təşkil edib. Ötən müddət ərzində Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 % artaraq 48 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı qeyd olunub ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti sərf olunacaq.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan A.Əsgərov bildirib ki, 2013-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən əhaliyə 61.1 milyon manatlıq istehlak malları satılıb. Bu da ötən illə müqayisədə 22.5% çoxdur. 2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılıb ki, bu da daimi iş yerləridir. RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və "Şəhidlər Xiyabanı" kompleksində çalışan texniki işçilər üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmər işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası inşa edilib. Mənzillər lazımi mebel və avadanlıqlarla təmin olunub.
İclasda əldə olunan nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunub.
Tədbirdə "Yeni Azərbaycan" qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin kollektivinə Səbail RİH-nin təbrikləri çatıdırlaraq qiymətli hədiyyə təqdim olunub.
sia.az