"Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı mübarizədə hər zaman Türkiyənin yanındadır". SİA-nın məlumatına görə, bunu Türkiyənin "TRT Haber" kanalına açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.PA rəsmisi bildirib ki, Azərbaycanda Türkiyəyə ikinci vətən kimi baxırlar: "Türkiyənin problemlərini öz problemimiz, sevincini də öz sevincimiz hesab edirik. Əsl soyqırımı Xocalıda ermənilər tərəfindən törədilib. Xocalıda bir gecənin içində 613 mülki vətəndaşın türk olduğuna görə qətlə yetirilməsi əsl soyqırımıdır. Olmayan fakta görə hesab verilməz. Əslində isə 1915-ci il hadisələri ermənilərin daxildən türklərə qarşı etdiyi xəyanət və vəhşilik idi".
sia.az