PDF Oxu

Əsas

  • 15

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət etmişlər

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət etmişlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları mayın 2-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qoruğun işçiləri görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.

Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filmini izləmişlər.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Fonddan zəngin təəssüratla ayrılmışlar.

AzərTAc

Digər xəbərlər