Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, ictimaiyyətin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları, institutun müəllim və tələbələri iştirak etmişlər.
Tədbirdə FHN Qarabağ Mərkəzinin əməkdaşı Ruslan Zeynalov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, gənc şairə Məhsəti Musa və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqına həsr etdiyi mənalı ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən bəhs etmişlər.
Çıxışlarda Ulu Öndərin fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, dahi şəxsiyyətin siyasi irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin əhəmiyyətindən danışılmışdır.
AzərTAc