PDF Oxu

Əsas

  • 17

Aydın Hüseynov: “10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub”

Aydın Hüseynov: “10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub”

"İlk növbədə prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub". SİA-nın məlumatına görə, bunu SƏS TV-yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilməsi məsələsinə münasibət bildirərkən deyib.

A.Hüseynovun sözlərinə görə, Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı ən məşhur jurnallardan biridir: "Ekovitrin" jurnalı iqtisadiyyat, maliyyə, siyasət eləcə də televiziya sahəsində tədqiqatlar aparır. Məlumdur ki, bununla bağlı 271 min respondent arasında rəy sorğusu aparılıb. Birinci növbədə bu jurnal müəyyən tədqiqatlar aparır və sahələr üzrə nəticələr əldə olunur. Gəlin görək, adı çəkilən bu jurnal rəy sorğuları zamanı hansı təhlillərə söykənib? İlk növbədə Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar əldə olunub. Biz konkret faktlara əsaslansaq görərik ki, son 10 ildə Azərbaycana 130 milyard dollar sərmayə qoyulub və işsizliyin səviyyəsi çox aşağı faizlə (5,4%) müəyyənləşir. Halbuki bu, 10 il bundan əvvəl çox böyük rəqəm idi. Eləcə də son 10 il ərzində Dövlət büdcəsi xeyli artaraq, 20 milyard dollar təşkil edib. Bununla belə Ümumi daxili məhsul (ÜDM) üç dəfə artıb. Həmçinin ölkənin valyuta ehtiyyatları 50 milyarda yaxındır. Neft fondundakı valyuta ehtiyyatlarımız isə 36 milyard dollardan artıqdır. Biz sadəcə olaraq rəqəmlərin statistikasını ortaya qoyduq. Bununla belə ölkədə bütün inkişaf abadlıq-quruculuq işləri, regionların sosial-iqtisadi inkişaf dövlət proqramları ümumilikdə isə Azərbaycanın ayrı-ayrı problemli sahələri ilə əlaqədar konkret dövlət proqramları icra olunub və olunmaqdadır. Məsələn, Azərbaycanın "Ərzaq təhlükəsizliyi" proqramı ən iri proqramlardan biridir ki, o da artıq ölkəmizdə həyata keçirilir. Bu sıraya azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramını, "Azərbaycan-2020: Gələcəyə Baxış" inkişaf konsepsiyasını da əlavə edə bilərik. Biz burada yalnız Azərbaycanın daxilindəki iqtisadi prosesləri və ölkəmizin günü-gündən artan siyasi nüfuzunu təhlil etdik. Təsadüfi deyil ki, 2011-ci ildə 155 ölkənin səsverməsi ilə Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Bu təbii ki, ölkəmizin siyasi nüfuzunun göstəricilərindən biridir. İndi isə regional layihələrlə bağlı məsələlərdən bir neçəsini sadalayaq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və "Əsrin müqaviləsi" adlanan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac boru neft kəməri 2006-ci ildən etibarən öz məhsulunu Avropa bazarına çıxardı. Hazırda bu Avropanın enerji təhlükəsizliyi baxımından çox mühüm boru kəməridir. Bununla belə Bakı-Tbilisi-Qars qaz kəməri və həyata keçirilməsi planlaşdırılan TANAP layihəsini qeyd edə bilərik. Artıq bu işlərə başlanılıb. Eləcə də Orta Asiya və Mərkəzi Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolunu bu işlərə əlavə edə bilərik. Bütün bunlar isə regionu əhatə edən layihələrdir".

İqtisadçı Aydın Hüseynov hesab edir ki, artıq Azərbaycan regionda konkret olaraq isə Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan nüfuz sahibidir: "Cənubi Qafqazın iqtisadiyyatının 85 faizi ölkəmizin payın düşür. Bununla belə Azərbaycan C.Qafqazda bütün iqtisadi göstəricilərinə görə, digər qonşu dövlətləri 2-3 dəfə qabaqlayıb. Orta Asiya və Mərkəzi Asiya ilə əlaqələrin qurulmasında və Avropaya bu ölkələrin inteqrasiya olunmasında Azərbaycan coğrafi baxımdan mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi əsas fəaliyyətin istiqamətlərindən birini iqtisadi strategiyanın ana xətti təşkil edir. Artıq ölkəmiz bu sahədə çox mühüm nailiyyətlər əldə edib. İqtisadiyyatın şaxələndirilməsinin bir qolunu və əsas ana xətlərindən birini sahibkarlığın, sənayenin və s. inkişaf etdirilməsi təşkil edir. Bu sahədə ötən ilin yekunlarına görə, 8,6 faiz artım əldə olunub. İnformasiya kommunikasiya texnologiyaları sahəsində (İKT) çox böyük işlər həyata keçirilib. Məlumdur ki, Azərbaycan artıq özünün ilk süni peykini Kosmosa çıxarıb. Yaxın illərdə isə ikinci peykin Kosmosa çıxarılması həyata keçiriləcək. Bu isə Azərbaycanın bütün sahələrdə tək ölkə daxilində deyil, ölkənin hüdudlarından kənarda da, konkret olaraq isə C.Qafqazda və M.Asiyada öz nüfuzunu daha da genişləndirir. Ölkəmiz bu region üçün strateji dövlətə çevrilib. Bütün bu iri layihələrin həyata keçirilməsi prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə onun fəaliyyətinin nəticəsi olaraq ortaya qoyulub. Bildiyiniz kimi, Avropada son illər iqtisadi böhran hökm sürür və işsizliyin sayı getdikcə artır. Ancaq ölkəmizdə bunun əksi olaraq, işsizliyin səviyyəsi getdikcə aşağı düşür, insanların real pul gəlirləri artır və onların sosial rifah halının yüksəldilməsi üçün həm dövlət büdcəsində, həm də digər mənbələrdən vəsaitlər nəzərdə tutulur".

sia.az

Digər xəbərlər