PDF Oxu

Əsas

  • 16

Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur"

Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur"

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 20-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, mayın 20-də Həştərxanda böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçiriləcəkdir. O vurğulayıb ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında sıx dostluq əlaqələri yaranıb. O deyib: "Azərbaycan ilə Həştərxan vilayəti arasında münasibətlər xüsusi diqqətə layiqdir, bu münasibətlər Prezident İlham Əliyevin himayəsi altında daha da inkişaf etmişdir".

Qubernator Həştərxanda həyata keçirilmiş sosial layihələrə görə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib. Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondu ilə birlikdə ekoloji layihə həyata keçirilməsi planlaşdırılır. O deyib: "Xəzərdə ekoloji təhlükəsizlik və nadir balıq növlərinin qorunub saxlanmasına həsr edilmiş avtoyürüş keçiriləcəkdir. Layihənin məqsədi həm də iki ölkə gənclərinin qarşılıqlı yaxınlaşmasıdır. Avtoyürüş Azərbaycanın və Həştərxan vilayətinin ərazisində keçiriləcəkdir.

Vilayət rəhbəri onu da qeyd edib ki, Azərbaycan tərəfinin fəal iştirakı ilə Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin və Azərbaycan mədəniyyətinin öyrənilməsi üzrə mərkəz yaradılacaqdır. A.Jilkin bildirib ki, həmin mərkəzdə Azərbaycan dili üzrə tərcüməçilər hazırlanacaqdır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur".

O vurğulayıb ki, bu siyasətin əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin bu kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Ə.Həsənov qeyd edib: "Həştərxan vilayəti bu münasibətlərdə xüsusi rol oynayır. Azərbaycan ilə Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanmışdır və bu vilayətlə əlaqələr dinamik inkişaf edir".

Şöbə müdiri ulu öndər Heydər Əliyevə həsr edilmiş yubiley tədbirləri keçirilməsi təşəbbüsünə görə Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Bakının Nərimanov rayonu icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan Diasporunun rəhbərləri iştirak ediblər.

sia.az

Digər xəbərlər