Azərbaycanı öz evim hesab edirəm. Azərbaycan və Nyu-Meksika ştatının insanları öz qonaqpərvərliyi, istiqanlılığı ilə bir-birlərinə çox bənzəyirlər. AzərTAc xəbər verir ki, "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunda iştirak edən Nyu-Meksika ştatının Nümayəndələr Palatasının üzvü xanım Nora Espinoza jurnalistlərə müsahibəsində demişdir. N.Espinoza Azərbaycanın regionda və dünyada xüsusi önəmə sahib olduğunu qeyd etmişdir. Nyu-Meksika ştatının Nümayəndələr Palatasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qəbul olunmuş qətnaməyə toxunan xanım Espinoza bu qətnamənin iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulamışdır.