PDF Oxu

Əsas

  • 19

Yeni Azərbaycan Partiyası zəfər və qələbələr partiyasıdır

Yeni Azərbaycan Partiyası zəfər və qələbələr partiyasıdır

YAP Sumqayıt şəhər təkilatı VII konfransını keçirib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev geniş hesabat məruzəsi ilə çıxış edib. A.İmaməliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının hesabat-seçki konfransından ötən dövr tarixi hadisələrlə zəngin və yaddaqalan dövr kimi təşkilatın həyatına həkk olunub: "Konfransın keçirildiyi tarix Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyi və 28 May Respublika Gününün qeyd olunduğu günlərə təsadüf edib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin yubileyi bütün regionlarımızda olduğu kimi Sumqayıt şəhərində də böyük coşqu hissi ilə qeyd edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş iqtisadi, siyasi, sosial islahatlar xalqın sosial rifah halının durmadan yaxşılışmasına, işsizliyin minimuma enməsinə və layiqli uğurların əldə edilməsinə zəmin yaradıb".

"Düzgün qurulan siyasətin nəticəsi kimi Azərbaycanın səsinin dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatlarının yüksək tribunalarından eşidilməsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir" deyə vurğulayan YAP Sumqayt şəhər təşkilatının sədri eyni zamanda qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı gələcəyə böyük ümidlə baxır, nikbin hisslərlə yaşayır: "Bunu Prezidentimiz İlham Əliyev tərəfindən keçən il təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf Konsepsiyasının müddəaları da aydın göstərir. YAP cəmiyyətdə böyük nüfuza malik olan siyasi təşkilatdır. Partiya sıralarında üzvlərin sayı günbəgün artmaqdadır. Ötən il ərzində partiya şəhər təşkilatına 3082 nəfər qəbul edilib, onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir".

Qeyd edilib ki, cari ilin birinci rübündə Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunanların sayı keçən ilin müvafiq dövrünə görə artaraq 432 nəfər olub: "YAP Sumqayıt şəhər təşkilatı bu gün 316 ərazi ilk partiya təşkilatlarında 22 234 nəfəri öz sıralarında birləşdirir. Partiyanın sıralarının sürətlə genişlənməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən sosial-iqtisadi siyasətin, gələcəyinə böyük inamın bariz göstəricisidir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və hazırladığı inkişaf strategiyası bu gün Onun layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizə böyük nailiyyətlər qazandıraraq doğma Azərbaycanımızın bütün sahələrdə sürətli, dinamik inkişafını təmin edir. Ötən konfransdan keçən dövrdə YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında təmir işləri apaılıb, ərazi yenidən qurularaq abadlaşdırılmış, aparatın işçiləri və yaradılacaq Seçki Qərargah üzvləri üçün normal iş şəraiti yaradılıb, 100 nəfərdən artıq yeri olan yeni "Dəyirmi masa" zalı qurulub".

Daha sonra məruzə ətrafında çıxışlar olub və məruzə qənaətbəxş sayılıb. Çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasət yalnız inkişafa və vətəndaşların sosial rifahına yönəlib: "Azərbaycan Prezidentinin son iki ildə beş dəfə Sumqayıta səfəri sumqayıtlılara olan diqqət və qayğının nəticəsi kimi təşkilatımızın üzvləri, bütün şəhər əhalisi tərəfindən böyük razılıq hissi ilə qeyd edilir. Şəhərimizdə aparılan çoxşaxəli genişmiqyaslı quruculuq-abadlıq işləri, doğma Sumqayıtın yenidən iri sənaye mərkəzinə çevrilməsi sahəsində aparılan işlər, sosial xidmət müəssisələrinin işə salınması, Cənab Prezidentin cari ilin may ayında etdiyi səfəri zamanı Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinin açılışı, "Asan Xidmət" Mərkəzinin və "Gillan Tekstil Parkı"nın işə salınması, şəhərin Cümə Məscidinin ziyarət edib həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanışlıq, regionların sosial-iqtisadi, inkişaf Proqramının həyata keçirilməsinin konkret nümunəsidir".

Konfransın sonunda YAP-ın V qurultayına Sumqayıt şəhər təşkilatından 25 nəfər nümayəndə seçilib. Eləcə də YAP Sumqayıt şəhər təşkilatının VII konfransının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər