PDF Oxu

Əsas

  • 49

Novruz Məmmədov: “Ukraynada baş verən hadisələr xoşagəlməzdir”

Novruz Məmmədov: “Ukraynada baş verən hadisələr xoşagəlməzdir”

"Ukraynanın Ermənistanın taleyini yaşayıb-yaşamamasını demək hələ ki, mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Prezident Adminisrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr xoşagəlməzdir: "Çünki Ukrayna öz rəhbərləri və böyük xalqı olan dövlətdir. Bu gün Ukrayna kimi böyük bir dövlətin bu cür problemlərlə üzləşməsi çox ağır məsələdir. Ukrayna dövləti öz taleyini özü həll etməlidir. O üzdən, əvvəlcədən Ukrayna haqqında bir söz demək çətindir. Belə ki, hadisələr hər an dəyişə bilər". Novruz Məmmədov Ukrayna hadisələrinin tezliklə öz həllini tapacağına ümid etdiyini də vurğulayıb.

Digər xəbərlər